Modern.az

Müdafiə Nazirliyi: “Hava məkanımızdakı bütün uçuşlar nəzarətimiz altındadır”

Müdafiə Nazirliyi: “Hava məkanımızdakı bütün uçuşlar nəzarətimiz altındadır”

Təhsil

10 Oktyabr 2012, 11:34

Dağlıq Qarabağdakı separatçı rejimi Xankəndi hava limanını rəsmən istifadəyə verdiyini bildirsə də,  hələ ki, hava limanında heç bir uçuş  həyata keçirilməyib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan  Teymur Abdullayev Modern.az saytına bildirib ki, Azərbaycan hava məkanında həyata keçirilən bütün uçuşlar diqqət mərkəzindədir, nəzarətdə saxlanılır:

“Bir cümlə ilə onu deyə bilərəm ki, bizim hava məkanında həyata keçirilən bütün uçuşlar nəzarətmiz altındadır”.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar