Modern.az

Əsgərə getməyən şəxslər də millət vəkili olacaq

Əsgərə getməyən şəxslər də millət vəkili olacaq

Dünya

10 Oktyabr 2012, 11:36

Türkiyənin Böyük Millət Məclisi əsgərə getməyə şəxslərin də millət vəkili olması barədə qanun hazırlayır. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında millət vəkili Nurəddin Canikli deyib. Onun sözlərinə görə, artıq bu qanunun üzərində iş gedir və qanun hazır olanda Millət Məclisində müzakirə olunacaq.

Konstitusiya dəyişikliyi təklifinin 4 maddədən ibarət olacağını bildirən Canikli “seçilmək üçün əsgərlik şərti qalxıb. Əgər kimsə əsgərliyə getmədən millət vəkili seçilirsə, o əsgərliyə getməyəcək. Millət vəkili müddəti bitəndən sonra əsgər gedəcək. Əsgərlikdən qurtuluş yoxdur. Əgər əsgərlikdə olan zaman deputat seçilibsə, o zaman əsgərliyini bitirəcək. Fərarilər isə deputat seçilə bilməz”– deyə N. Canikli bildirib.

Deputat bildirib ki, millət vəkili olmaq üçün yaş senzi 25-dən 18-ə düşəcək.

Sevinc İltifatqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!