Modern.az

Prezident qızı məşhur aktyorun ayağına getdi

Prezident qızı məşhur aktyorun ayağına getdi

Mədəni̇yyət

10 Oktyabr 2012, 11:41

Türkiyənin məşhur serialı “Mühteşem Yüzyıl”ın baş rol ifaçısı Halit Ergenç Özbəkistanın Mədəniyyət və Sənət Fondu tərəfindən təşkil olunan Art Week-2012 sənət həftəsini izləmək üçün Daşkəndə gedib. Modern.az xəbər verir ki, məşhur aktyor dünən Özbəkistanın prezidenti İslam Kərimovun qızı Gülnarənin hazırladığı “Guli Design” adlı markanın defiləsində olub.

Prezidentin qızı “İçən Qala” otelində qalan aktyorla şəxsən özü maraqlanıb. H.Ergenç isə bildirib ki, tədbirə Kərimov tərəfindən dəvət edilib.

Özbəkistanın Mədəniyyət və Sənət Fondun bu tədbirində “Qızıl Çita 2” Beynəlxalq Daşkənd Film Forumu, teatr festivalı, rəsm sərgisi və dünyanın məşhur modelyerlərinin dəfilələrini təşkil edib.

Sevinc İltifatqızı  
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir