Türkiyənin məşhur serialı “Mühteşem Yüzyıl”ın baş rol ifaçısı Halit Ergenç Özbəkistanın Mədəniyyət və Sənət Fondu tərəfindən təşkil olunan Art Week-2012 sənət həftəsini izləmək üçün Daşkəndə gedib. Modern.az xəbər verir ki, məşhur aktyor dünən Özbəkistanın prezidenti İslam Kərimovun qızı Gülnarənin hazırladığı “Guli Design” adlı markanın defiləsində olub.