Fevralın 10-da “Əli və Nino” kafesində Milli Kitab Mükafatı üzrə qısa siyahının (10-luq, şort list) elan edilməsi mərasimi keçirilib. Media nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda mükafatın təsisçisi Nigar Köçərli Ekspertlər Şurasının rəyini açıqlayıb və 10-luğa düşən nasirlərin adlarını elan edib.
Beləliklə, aşağıdakı şəxslər Milli Kitab Mükafatının 10-luğuna daxildirlər:
Şərif Ağayar: “Kərpickəsən kişinin dastanı” (povest);
Əlabbas Bağırov: “Qiyamçı” (roman);
Nəriman Əbdülrəhmanlı: “Yalqız” (roman);
Samit Əliyev: “Sem şaqov v napravlenii zakata” (povest);
Eyvaz Əlləzoğlu: “Odunçu geri qayıdır” (roman);
Elxan Qaraqan: “A” (roman);
Kamran Nəzirli: Hekayələr toplusu;
Əjdər Ol: Portret hekayələr;
Rafiq Tağı: Hekayələr toplusu;
Fəxri Uğurlu: Hekayələr toplusu.
Modern.az