Modern.az

Deputatdan videoqalmaqalın iştirakçılarına ağır ittiham

Deputatdan videoqalmaqalın iştirakçılarına ağır ittiham

Aktual

10 Oktyabr 2012, 12:59


Mətbuatın və ictimaiyyətin gündəmində olan Elşad Abdullayev və Gülər Əhmədovanın videoqalmaqalına deputat Məlahət İbrahimqızı münasibət bildirib.

Modern.az-a açıqlamasında M.İbrahimqızı deyib ki, o, ilk gündən bu olayı pisləyib:

“Hesab edirəm ki, bundan sonrakı məsələlər hüquq-mühafizə orqanlarının işidir. Şübhə etmirəm ki, hər iki tərəf haqqında ədalət məhkəməsi öz qəti sözünü deyəcək. Bu mənada məsələ ilə bağlı bir daha danışmaq fikrində deyiləm. Qısaca olaraq bugünədək olan müşahidəmin nəticəsi kimi onu demək istərdim ki, çox təəssüf, bir qrup insan sübuta ehtiyacı olmayan bu cinayət əməlinin və çirkabın müdafiəçisi qismində mövqe nümayiş etdirir. Həqiqətən də bunu başa düşmək çox çətindir. Bu müdafiəçilər kimi müdafiə etməyin fərqindədirlərmi?
Başa düşürəm çox çətindir danışmaq, xüsusilə də bir Azərbaycan qadını və ya anası haqqında danışmaq… Heç olmasa bu cinayətkarlığı və dələduzluğu müdafiəyə qalxan ictimai vəkillər ictimaiyyətin qınağından çəkinsinlər. Bu insanlar ən azı susmalı idilər. Bəziləri isə bunu şouya çevirməyə çalışırlar. Məncə buna da ehtiyac yoxdur. Əlbəttə, həmkarlarımın fikirlərini yüksək qiymətləndirirəm. Xüsusi vurğulamaq istərdim ki, hər zaman səbri və təmkini ilə və əsl mənada ağsaqqallığı ilə seçilən hörmətli Eldar İbrahimovun ibrətamiz sözündən sonra deməyə fikir də qalmır. Mən həmkarlarımdan fərqli olaraq, hörmətli Əli Əhmədovu müdafiə etmək niyyətində deyiləm, çünki cəmiyyətdə hər kəs kimin kim olduğunu bilir.
İstər ictimaiyyət arasında, istərsə də Azərbaycanın siyasi elitasında Əli Əhmədov ən dəyərli bir ziyali kimi böyük nüfuza malikdir.
Bizim ölkəmiz böyük deyil, əhalimizin sayı İstanbul sakinlərinin demək olar ki, yarısı qədərdir. Hamının hətta uşaqlıqda hansı şeiri sevdiyinin də çox asanlıqla bilmək olur. Amma mən bu məsələyə tam başqa cür yanaşmaq istərdim. Əgər cəmiyyətdə mənəviyyatsız birisi mənəviyyata qarşı çirkli su atırsa, ləyaqətsiz bir adam ləyaqətliyə dərs verirsə, şərəfsiz və dələduz bir cinayətkar mənəviyyatlı bir insanın nüfuzu ilə oynayırsa,  buna cəmiyyətin bütün dəyərli və ləyaqətli insanları öz səslərini qaldırmalıdırlar. Burada susqunluq belə yaramazları müdafiə etmək ilə demək olar ki, eynidir. Belə insanlar öz əməllərini ört-basdır etmək üçün başqalarını da ləkələməyə cəhd edirlər. Öz çirkin əməlləri və nəfsi ilə cinayət törətmiş belə insanlar bu gün hətta bir nəfərə qarsı fitnə-fəsad edirlərsə, onlar sabah cəmiyyətin başqa dəyərli insanlarına qarşı da eyni cür çıxış edəcəklər. Belələri üçün dəyər və ya mənəviyyat məfhumu yoxdur. Bu isə çox pis fəsadlarla nəticələnə bilər. Təbii ki, bütün ölkələrdə və cəmiyyətlərdə belə çirkli insanlar mövcuddur. Əsas odur ki, ona qarşı mübarizə aparılsın və bu bizim dövlətin prioritetidir və elə YAP-ın kəskin bəyanatı da bundan qaynaqlanırdı. Hesab edirəm ki, bu insanlar təkcə qanun qarsısında cavab verməməlidirlər. Çünki onlar təkcə cinayət etməyiblər. Vicdan və ləyaqət hissini itirmiş belə insanlar cəmiyyətin ən ağır tənə və qınaq obyektinə də çevrilməlidirlər”.

Anar KƏLBİYEV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır