Modern.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Təhsil

10 Oktyabr 2012, 13:01

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyinin sürəti saniyədə 5-10 metr təşkil edəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 11-də Respublika ərazisində hava şəraitinin mülayim keçəcəyi gözlənilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?