Modern.az

İctimai Palata icazəsiz aksiyanı müzakirəyə çıxarır

İctimai Palata icazəsiz aksiyanı müzakirəyə çıxarır

Təhsil

10 Oktyabr 2012, 13:23

İctimai Palata 13 oktyabr yürüş-mitinqi ilə bağlı bu gün yekun qərarını verəcək. Bu barədə Modern.az saytına Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. G.Aslanlı bildirib ki, İctimai Palatanın Koordinasiya Şurasının bu gün keçirilən iclasında icazəsiz yürüşlə bağlı məsələnin müzakirə ediləcəyi gözlənilir. Müsavat rəsmisinin sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti 13 oktyabr yürüş-mitinqi ilə bağlı bu gün rəsmi cavab verəcək.

“Hələlik yürüşlə bağlı Bakı şəhər İcra Hakimiyyətindən rəsmi cavab verilməyib. Biz onlarla əlaqə saxladıq bildirdilər ki, bu gün saat 17:00-dən sonra öz cavablarını verəcəklər. Həmçinin Koordinasiya Şurası da bu gün toplanaraq bu məsələni müzakirə edəcək”, - deyə qeyd edən G.Aslanlı bildirib ki, Bakı Meriyası yürüşə icazə verməsə onlar icazəsiz aksiya məsələsini yenidən müzakirə edəcəklər.

Anar RÜSTƏMOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?