Modern.az

Prezident İlham Əliyev Bakıdakı Elitar Gimnaziyada olub

Prezident İlham Əliyev Bakıdakı Elitar Gimnaziyada olub

15 Sentyabr 2009, 12:18

Sentyabrın 15-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nəsimi rayonundakı Elitar Gimnaziyada olub. AzərTAc xəbər verir ki, gimnaziya əsaslı yenidənqurmadan sonra bu gün istifadəyə verilib
Dövlət başçısı ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına, idman salonlarına baxıb, tədris prosesi, dərs vəsaitləri ilə maraqlanıb. Müəllimlərin iş şəraitinin yaxşılaşdırıldığını, şagirdlərin yaxşı oxuması üçün gözəl imkanlar yaradıldığını bildirən Prezident yeni dərs ilinin başlaması münasibətilə məktəbin kollektivini təbrik edib, onlara uğurlar arzulayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir