Modern.az

Səlim Müslümov: “Azərbaycanın özünəməxsus pensiya siyasəti formalaşıb”

Səlim Müslümov: “Azərbaycanın özünəməxsus pensiya siyasəti formalaşıb”

Təhsil

10 Oktyabr 2012, 13:33


Bu gün Dövlət Sosial Müdafiə Fondunun yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Fondun rəhbəri Səlim Müslümov vurğulayıb ki, pensiya siyasətinin gerçəkləşdirilməsi nəticəsində Azərbaycanın özünəməxsus tam pensiya siyasəti formalaşıb.
“Fondun bu 20 illik inkişaf tarixi eyni zamanda sığorta pensiya sisteminin inkişaf tarixi kimi xarakterizə edilə bilər. Bu, 4 mərhələni əhatə edir: 1992-1995- ci illər, 1996-2002-ci illər, 2003-2005-ci illər, 2006-cı ildən sonrakı dövrdür”.

S. Müslümov aparılan islahatların əmək pensiyalarının sürətli artımını təmin etdiyini deyib.
“Əgər 2003-cü ildə Azərbaycanda sığorta pensiya sistemində  əvəzetmə əmsalı 20-25 % ifadə olunurdusa , bu gün sözü gedən göstərici artıq 40% olub. 2003-cü ilin əvvəlində Azərbaycanda orta aylıq pensiyanın məbləği yeni manatla 20 manat idisə, indi isə ölkə üzrə orta aylıq məbləğ 151,3 manat olub. O cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manat təşkil edir. Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40%, yaşa görə orta aylıq əmək pensiyalarının  məbləği isə əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 45%-ə çatmışdır. Bununla da son illər ərzində sığorta pensiya sistemində  həyata keçirilən islahatlar nəticəsində  mühüm göstəricilərə nail olunub. Təbiidir ki, bu sistemdə aparılan islahatlar səmərəli olduğunu ortaya qoyub .Yeni sistem fəaliyyətə başladığı 2006-cı ildən bu günədək fondun xərcləri 4,4 dəfə artıb. Gəlirlər isə 2,5 milyon manata çatıb.

Gəlirləri 4,1 dəfə artmış sosial sığorta ödəyicisi olan sığorta olunanların sayı 1 milyon 200 min nəfərdən 2 milyon 100 min nəfərə çatıb. Sosial sığorta haqqının dərəcələri 29 %-dən 25%-ə endirilmişdir”, – deyə Səlim Müslümov bildirib.

Gültəkin Ələsgər  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir