Modern.az

Azərbaycanlı zəvvarların Həccə getmə vaxtı açıqlandı

Azərbaycanlı zəvvarların Həccə getmə vaxtı açıqlandı

Təhsil

10 Oktyabr 2012, 13:41

Qafqaz Müsəlmanları İdarəsi (QMI) bildirir ki, Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşməyə başlayacaqlar.

QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, zəvvarlar Bakı-Ciddə marşrutu üzrə 12-18 oktyabr tarixlərində 12 reyslə müqəddəs məkanlara yola salınacaqlar.

Müvafiq olaraq, 12 oktyabrda bir, 13 oktyabrda bir, 14 oktyabrda bir, 15 oktyabrda üç, 16 oktyabrda üç, 17 oktyabrda iki, 18 oktyabrda isə bir təyyarə Bakıdan Səudiyyə Ərəbistanına istiqamət götürəcək.

Həcc ziyarətini başa vurduqdan sonra, zəvvarlarımızın 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtmaları nəzərdə tutulur.

Müvafiq olaraq, 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarlarımızı Vətənə qaytaracaq.

Xatırladaq ki, oktyabrın 25-26-sı Qurban bayramıdır. Həmin günlər Azərbaycanda qeyri-iş günləridir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər