Modern.az

QHT Əməkdaşlıq Alyansına 3 həmsədr seçildi

QHT Əməkdaşlıq Alyansına 3 həmsədr seçildi

Qarabağ

11 Oktyabr 2012, 15:10

Oktyabrın 11-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) öz sıralarında 51 təşkilatı birləşdirən QHT Əməkdaşlıq Alyansının Ümumi Yığıncağı keçirilib.
Ümumi Yığıncağa Hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Rufiz Qonaqov Ümumi Yığıncağa hazırlıq, yığncaqda iştirak edən alyans üzvləri haqqında məlumat verib. O, bildirib ki, 51 Alyans üzvündən 50-i  yığıncaqda iştirakını təsdiqləyib.
Ümumi yığıncağın işində iştirak edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, millət vəkilləri Əli Məsimli və Yevda Abramov Alyansın fəaliyyətini izlədiklərini, quruma gələcək fəaliyyətində uğurlar arzuladıqlarını bildiriblər.

Sonra Alyansın bir illik fəaliyyəti ilə bağlı Alyans Şurası adından qurum üzvü Rəfail Becanov Ümumi Yığıncağa hesabat verib. Hesabat ətrafında müzakirələr aparılıb və Alyansın fəaliyyəti qənaətbəxş hesab edilib. Alyansın yeni Nizamnaməsinin qəbulu ilə bağlı Nizamnamə qrupunun üzvü Yadigar Məmmədli məlumat verib. Daha sonra nizamnamə ətrafında müzakirələr aparıldı və yeni nizamnamə təsdiq edilib. Yeni nizamnaməyə əsasən Alyansın idarəetməsində dəyişiklik edilib. Həmsədrlik institutu yaradılıb, Alyans Şurasının isə İdarə Heyəti adlandırılması qərara alınıb. Gündəlik fəaliyyətin təşkili üçün Baş katiblik təsis edilib.

Daha sonra yeni Nizamnaməyə əsasən həmsdərlər seçilib. Həmsədrliyə Razi Nurullayev, Rufiz Qonaqov, Yadigar Məmmədli, Rəfail Becanov, Nailə İsmayılova, Ruhəngiz Hüseynova və Nərgiz Nağıyevanın namizədliyi irəli sürülüb. R. Nurullayev, N. İsmayılova, R. Hüseynova və N. Nağıyeva  öz namizədliyini geri götürüb. Həmsədrliyə namizədlər ayri-ayrılıqda səsə qoyulub, Rufiz Qonaqov, Yadigar Məmmədli və Rəfail Becanov Alyansın həmsədrləri seçiliblər.

Sonra Alyansın icra orqanı olan İdarə Heyətinin həmsədrlər də daxil olmaqla 17 nəfərdən ibarət olması qərara alınıb. Namizədlər irəli sürüldü və yeni İdarə Heyəti formalaşdırılıb. İdarə Heyətinə Rufiz Qonaqov, Yadigar Məmmədli, Rəfail Becanov, Razi Nurullayev, Əliməmməd Nuriyev, İradə Yaqubova, Xanoğlan Əhmədov, Nailə İsmayılova, Gülsel Səfərova, Nərgiz Nağıyeva, Əsli Əliyeva, Vasib Sadıqov, Ruhəngiz Hüseynova, Dünyaxanım Əliyeva, Mahirə Əmirhüseynova, Mütəllim Rəhimli və Gülnarə Bağırova seçilib.

Alyansın Nəzarət-Təftiş Komiisiyası da seçilib. 5 nəfərdən ibarət NTK-ya Firuzə Əsədullayeva, Çingiz Dadaşov, Afaq Fərzəlibəyova, Könül Ağayeva və Səbinə Abbasova seçildi.

Daha sonra Alyansın gələcək fəaliyyət istiqamətləri ilə bağlı həmsədrlər adından Rufiz Qonaqov çıxış edib.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var