Modern.az

Mətbuat Şurasının müsabiqəsinə yazı qəbulu dayandırılıb

Mətbuat Şurasının müsabiqəsinə yazı qəbulu dayandırılıb

11 Fevral 2010, 12:10

Mətbuat Şurası və «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyinin «Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək» layihəsi çərçivəsində jurnalistlər arasında elan olunmuş müsabiqəyə yazı qəbulu dayandırılıb.  Mətbuat Şurasınln icraçı direktoru Rəhim Hüseynzadə Modern.az-a bildirib ki, əvvəlcədən verilmiş elanda yazı qəbulunun fevralın 10-da yekunlaşacağı bildirlilmişdi. R.Hüseynzadə bildirib ki, müsabiqəyə çox sayda yazı təqdim edilib. Materialların dəqiq sayı sabah məlum olacaq. Qeyd edək ki, “Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək» layihəsi «Azərsun Holdinq»in maliyyə dəstəyi ilə həyata keçirilir. Müsabiqə 2009-cu ilin sentyabrında elan edilmişdi. Qaliblərə mükafatlar 2010-cu il fevralın 24-də -  Xocalı soyqırımının ildönümü ərəfəsində təqdim olunacaq Müsabiqədən başlıca məqsəd Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Ümumən müsabiqənin mükafat fondu aşağıdakı kimidir: Birinci yer           -    1 nəfər       -    1000 AZN İkinci yer            -   2 nəfər        -     650 AZN Üçüncü yer           -    3 nəfər        -     300 AZN Ən yaxşı araşdırma işi     –     1 nəfər     –     500 AZN 5 nəfərə həvəsləndirici mükafat təqdim olunacaq. Müsabiqədə Qarabağ mövzusunun və Xocalı soyqırımının təbliğində yaxından iştirak edən ən yaxşı bir xarici KİV-ə xüsusi diplom təqdim olunacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir