Modern.az

Azərbaycanda da insanlar cırlaşır

Azərbaycanda da insanlar cırlaşır

11 Fevral 2010, 14:53

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmaları göstərib ki, Yer kürəsində insanların boyu getdikcə kişilməkdədir. Bir çox dövlətlərdə yaşanan analoji hal Azərbaycanda da var. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda 16-19 yaşlı gənclərin orta boyu 166,5 sm təşkil edir. 10 il əvvəl isə bu göstərici 168 sm-ə bərabər olub. Mütəxəssislərin fikrincə, boy artımının azalması ailə, sosial və iqtisadi yaşam səviyyəsi, genetik-irsi nəsil göstəriciləri, həyat tərzi və insanların yaşadığı mühitdə fəaliyyət göstərən müəssisələr və onların istifadə etdikləri vasitələrlə bağlıdır.

Professor Adil Qeybulla ölkə əhalisinin boy artımının azalmasınının əsas səbəbini qohumluq nigahlarında görür: “Boy artımının azalmasına əsasən cırlaşma deyirlər. Bunun əsas səbəblərindən biri uzun müddət qohumluq nigahlarının olmasıdır. Və indiyə qədərdə həmin proses davam edir. Bu da təbii ki, sağlam genlərin mənimsənilməsinin qarşısını alır və xəstə genlərin daha çox dominant olmasına şərait yaradır. Bundan başqa qohumluq əlaqələrinin həddən çox olması nəsli daha çox cırlaşdırır, bir sıra xəstəliklər əmələ gətirir. Bu da genofonda ciddi bir zərbə vurur”.

A.Qeybulla bununla yanaşı digər problemləri də sadaladı: “ İkinci böyük problem ekoloji və qida ilə bağlıdır. Bu gün dünyada və Azərbaycanda genetik modifikasiya olunmuş qida məhsullarının geniş yayılması sağlamlıq üçün həddən artıq problem yaradırr. Qida maddələrinin tərkibinə daxil edilən əlavələr də orqanizm üçün zərərlidir. Bunların bəzən təyinatının bilinməməsi orqanizmə zərər verir. Xaricdən gətirilən ərzaq məhsullarının aşağı keyfiyyət parametrləri ilə xarakterizə olunması da bura daxildir. Bundan əlavə, yüksək tezlikli radio şüalarının və mobil telefonlar şəbəkəsinin də sağlamlığa və insanın elastiki olaraq dəyişməsinə mənfi təsiri var. Bu da boyun azalması və digər sağlamlıq kriteriyalarının dəyişməsi ilə müşayiət oluna bilər”.

Professor çıxış yolunu əhalinin sosial-iqtisadi yaşam şəraitinin yaxşılaşdırılmasında görür: “İnsanların maddi rifahı yüksəldilməlidir. Çünki boy göstəricisi insanın gündəlik yaşam tərzi nəticəsində formalaşır”. İdmanla məşğul olmamaq, oturaq həyat tərzi keçirmək, piylənmə də boy artımına mənfi təsir göstərən amillər sırasında qeyd olunur.

Günay MUSAYEVA

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir