Modern.az

“Tı kto takoy, davay dosvidaniya”nın müəllifləri millimizə dəstək oldular - FOTO

“Tı kto takoy, davay dosvidaniya”nın müəllifləri millimizə dəstək oldular - FOTO

İqtisadiyyat

15 Oktyabr 2012, 16:16

“Tı kto takoy, davay dosvidaniya” meyxana qafiyəsinin müəllifləri İntiqam və Ehtiram Rüstəmov qardaşları “DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da Rusiya ilə qarşılaşacaq milli komandamıza dəstək olublar. İntiqam Rüstəmov Modern.az-a açıqlamasında bildirib ki, bu günlərdə Rusiyanın Moskva şəhərindən gəliblər. Məşhur meyxana ustaları Rusiyanın “Sport2”  kanalında, oktyabrın 16-da Rusiya-Azərbaycan yığmalarının qarşılaşması ilə bağlı meyxana deyiblər.

“Bildiyimiz kimi, yığma komandamız “DÇ-2014"ə qatılmaq üçün, qrupda xal toplamağa çalışır. Orada belə bölüşdük ki, Ehtiram Rusiya tərəfindən, özüm isə Azərbaycan tərəfindən meyxana deyim. Həmin meyxana hər iki dövlətin bayraqlarının altında, rus dilində oldu. Çox gözəl alındı. Arzum budur ki, doğum günüm olan 16 oktyabrda komandamız uğurla ölkəmizə qayıtsın. Efirdə də qeyd etdim ki, Azərbaycan komandası heç-heçə etsə də, bizi qane edir. Biz bilirik ki, rus futbolu dünyada öz sözün deyir. Buna baxmayaraq, Azərbaycan futbolu da inkişafdadır”.

Ehtiram Rüstəmov bildirib ki, çəkiliş zamanı ruslar Azərbaycanın hansı komandasına azarkeşlik etdiklərini onlardan soruşublar: “Cavab verdim ki, İntiqam “Xəzər-Lənkəran”a, özüm isə paytaxt klubu “Neftçi”yə azarkeşlik edirəm. Bildiyimiz kimi, “Neftçi” klubu Avropa liqasında oynayır və bundan sonra da uğurları çox olsun. İnşallah “Neftçi” o biri komandalara deyəcək ki, “Davay dosvidaniya”.


Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı