Modern.az

Zəlimxan Yaqub Bakıda pulsuz saz kursu açdı

Zəlimxan Yaqub Bakıda pulsuz saz kursu açdı

Mədəni̇yyət

16 Oktyabr 2012, 09:41

Bu ilin sentyabr ayından Azərbaycan Aşıqlar Birliyində (AAB) pulsuz saz kursu fəaliyyətə başlayıb. Bu barədə Modern.az-a məlumat verən AAB-nin katibi Musa Nəbioğlu deyib ki, son zamanlar yeniyetmələr və gənclər arasında aşıq sənətinə maraq xeyli dərəcədə artıb.

“İndi Bakıdakı uşaq musiqi məktəblərinin əksəriyyətində saz sinifləri var. Amma bu sənətin sirlərini öyrənmək istəyənlərin heç də hamısı müxtəlif səbəblərdən bu məktəblərdə təhsil ala bilmirlər. Ona görə də qərara aldıq ki, aşıq sənəti ilə maraqlananlar üçün Birliyin nəzdində pulsuz kurs təşkil edək. Burada məşğələləri tanınmış saz ifaçısı, sənətşünaslıq namizədi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Fəzail Miskinli və həmin universitetin məzunu, Bakıdakı Ş.Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin müəllimi Fariz Təmirov aparırlar. Kursa gələnlər burada ifaçılılıqla yanaşı, aşıq sənəti haqqında nəzəri bilgilər və onun  tarixi, klassik ustad aşıqlarımızın həyat və yardıcılığı haqqında da məlumat əldə edə biləcəklər”.

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi