Modern.az

30 manata sağlamlıq arayışı

30 manata sağlamlıq arayışı

11 Fevral 2010, 16:55

SÜRÜCÜLÜK VƏSİQƏSİ ALMAQ İSTƏYƏNLƏR SÜRÜCÜLƏRİN TİBBİ MÜAYİNƏ MƏRKƏZİNDƏKİ QİYMƏTLƏRDƏN NARAZIDIRLAR

Azərbaycanda avtomobillərin sayı artdıqca, sürücülük vəsiqəsi almaq istəyənlərin də sayı çoxalır. Rəsmi statistika il ərzində 100 min nəfərin sürücülük vəsiqəsi aldığını deməyə imkan verir. Sürücülük vəsiqəsi alanlar deyirlər ki, həmin sənədi əldə etmək üçün tələb olunan sağlamlıq arayışını 30 manatdan aşağı vermirlər. Sürücülük vəsiqəsi almaq üçün lazım olan sağlamlıq kağızı niyə pulludur?

DİN Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 2007-ci ildə 111930, 2008-ci ildə 133733, 2009-cu ildə isə 98694 vətəndaça sürücülük vəsiqəsi verilib. Sürücülük vəsiqəsi alanlar sağlamlıq arayışının pulla verilməsindən narazıdırlar. Məsələn, Bakı şəhər sakini Elman Məmmədovun sözlərinə görə, sürücülük vəsiqəsi almaq üçün Bakı şəhəri Sürücülərin Tibbi Müayinə Mərkəzinə gedib. Orada ona bildirib lər ki, sağlamlıq kağızı pulludur və 80 manat verməlidir. E.Məmmədov deyir ki, adı çəkilən mərkəzdə divara vurulmuş elanda isə görüb ki, sağlamlıq kağızının verilməsi üçün 30 manat tarif yazılıb. Vətəndaş bununla əlaqədar Səhiyyə Nazirliyinə şikayət edib. Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsindən vətəndaşın sorğusuna cavab olaraq bildirilib ki, doğrudan da sürücülük vəsiqəsi almaq üçün lazım olan sağlamlıq kağızı pulludur. Nazirliyin cavabı belə olub: “Bakı şəhəri Sürücülərin Tibbi Müayinə Mərkəzi tam təsərrüfat hesablı müəssisəsidir və özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir.

Sürücülük vəsiqəsi almaq üçün müraciət edən vətəndaşların tibbi müayinədən keçərkən ödədikləri vəsait həmin müəssisənin saxlanma xərcinə, işçilərin əmək haqqına, tibbi ləvazimatların alınmasına, kommunal xərclərə və digər məsrəflərə sərf olunur”. E.Məmmədov kimi sağlamlıq kağızı almaq istəyən digər vədəndaşlar da Bakı şəhəri Sürücülərin Tibbi Müayinə Mərkəzindəki qiymətlərdən narazıdırlar. Onlar mərkəzdə həkimlərin 30 manatdan artıq pul istədiklrini bildirilər. Ölkədə il ərzində təxminən 100 min nəfərə sürücülük vəsiqəsi verildiyini nəzərə aldıqda, onda demək olar ki, Sürücülərin Tibbi Müayinə Mərkəzində bir ildə sağlamlıq kağızından 3 milyon manat əldə edilir. DİN Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, sürücülük vəsiqəsi almaq istəyən şəxslər müvafiq kateqoriya üzrə tədris kurslarını bitirməli və müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər. Kursların bitirilməsi haqqında şəhadətnamə, tibbi müayinə  arayışı və  şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin Qeydiyyat İmtahan məntəqəsinə (pasport qeydiyyatında olduğu ərazi üzrə) yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları vermək üçün təqdim olunur.   Adəm QORXMAZ

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir