Modern.az

Azərbaycanın 18 şəhər və rayon mərkəzinin Baş Planı hazırlanır

Azərbaycanın 18 şəhər və rayon mərkəzinin Baş Planı hazırlanır

11 Fevral 2010, 19:23

Modern.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsin məlumatına görə, hazırda Azərbaycanın Bakı da daxil olmaqla 18 şəhər və rayon mərkəzinin Baş Planı hazırlanır. Böyük Bakının Regional İnkişaf Planının hazırlanması həm miqyasına həm də mahiyyətinə görə respublikamızda ilk dəfədir ki, həyata keçirilir. Komitədə yaradılmış xüsusi komissiya tərəfindən 31 namizəddən şəhər planlaşdırılması sahəsində daha çox təcrübəsi olan 6 şirkət tenderdə iştirak etmək üçün seçilib. 2 iyul 2009-cu il tarixində Komitənin xüsusi komissiyası tərəfindən tender iştirakçılarının texniki təklifləri açılaraq, komissiya üzvlərinə araşdırılmaq üçün paylanıb. 10 oktyabr 2009-cu il tarxində komissiyanın yığıncağının yekun nəticələri Dünya Bankına göndərilib.

Komitənin sifarişi ilə 2009-cu ildə Gəncə, Sumqayıt, Xırdalan şəhərlərinin baş planlarının işlənməsinə başlanılıb və 2010-cu ildə başa çatdırılması nəzərdə tutulub. Bununla bərabər, Füzuli rayonunun Horadiz şəhəri, Ağstafa, Oğuz, Qazax, Qəbələ, İmişli, Şəki, Ağdaş, Cəlilabad, Ucar, Ağsu, Lerik, Beyləqan və Bərdə şəhərlərinin Baş planlarının işlənməsinə başlanılmış və 2010-cu ilin I rübündə başa çatdırılması nəzərdə tutulur. Bakı şəhərinin mərkəzi hissəsinə daxil olan Vaqif prospekti, Qutqaşinli küçəsi və Y.Səfərov küçəsi ərazisində olan ərazinin yenidən qurulmasının müfəssəl planlaşdırma layihəsi hazırlanıb. Hazırda Aran regionunda (16 rayon və 2 şəhər) məskunlaşma sxeminin hazırlanması üçün layihə tapşırığı hazırlanır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür