Modern.az

Dövlət Komitəsi yoxlama zamanı 8 rayonda nöqsanlar aşkarlayıb

Dövlət Komitəsi yoxlama zamanı 8 rayonda nöqsanlar aşkarlayıb

Ölkə

11 Fevral 2010, 19:30

Dövlət Şəhərsalma və Arxitetura Komitəsinin 2009-cu ildəki fəaliyyəti haqqında hesabatda bildirlib ki,  ötən il tikinti, şəhərsalma və memarlıq sahəsinin geniş miqyaslı inkişafı ilə də sıx əlaqəli olub. Dövlət Komitəsinə 2009-cu ildə vətəndaşlardan 79 təklif, ərizə və şikayət xarakterli müraciətlər daxil olub və onlara aidiyyəti üzrə baxılıb. Komitə sədri tərəfindən 25 nəfərdən çox vətəndaş qəbul edilib.

Ötən il komitənin mütəxəssisləri tərəfindən respublikada inşa edilən 57-dən çox  müxtəlif təyinatlı obyektlərin layihələrinin memarlıq-planlaşdırma həllərinə baxılıb, 32 layihə sənədləri tutarlı nöqsanlara və o cümlədən şəhərsalma norma və qaydalarına uyğun gəlmədiyinə görə geri qaytarılıb, digərlərinə isə müvafiq qaydada rəylər və tövsiyyələr verilib. Eyni zamanda qeyd edilən Qaydaların tələblərinə uyğun olaraq yerlərdə də real vəziyyəti araşdırmaq məqsədi ilə Abşeron, Qobustan, Xızı, Siyəzən, Dəvəçi, Quba, Qusar və Xaçmaz rayonları ərazilərində son 3 illik dövrü əhatə edən şəhərsalma fəaliyyəti araşdırılıb. Araşdırma zamanı rast gəlinən norma və qayda pozuntularının aradan qaldırılması üçün Abşeron rayonu üzrə 5, Qobustan rayonu üzrə 5, Xızı rayonu üzrə 8, Siyəzən rayonu üzrə 7, Dəvəçi rayonu üzrə 3, Quba rayonu üzrə 8, Qusar rayonu üzrə 4, Xaçmaz rayonu üzrə 14 ədəd “Tapşırıq” yazılıb.

Zəlzələlər riski ilə bağlı seysmik təhlükənin və zərərin azaldılması, həmçinin effektiv konstruktiv həllərin hazırlanması ilə bina və qurğuların möhkəmliyi və uzunömürlülüyünün təmin edilməsi üzrə Azərbaycan Respublikasının seysmik əraziləri üçün kinematik kəmər seysmomüdafiə qurğulu 24 mərtəbəli monolit dəmir-beton karkas konstruksiyalı eksperimental yaşayış binasının layihəsi və natura sınaqlarının metodikası işlənilib. 2009-cu il ərzində “Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi” fəaliyyəti növü ilə məşğul olmaq üçün Komitə tərəfindən 48 hüquqi və 4 fiziki şəxsə xüsusi razılıq (lisenziya) verilib. Lisenziya almış bir sıra fiziki və hüquqi şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət etmələrinə nəzarət edilib. Lisenziya tələblərinə və şərtlərinə riayət olunmaması səbəbindən 5 hüquqi şəxsə verilmiş lisenziyanın fəaliyyəti dayandırılıb və fiziki şəxsin ərizəsinə əsasən isə ona verilmiş lisenziya ləgv edilib. Ötən il Milli Məclisdə birinci oxunuşda qəbul olunmuş “Şəhərsalma Məcəllsi” üzərində işlər aparılıb, düzəlişlər, əlavələr, redaktələr edilib və yenidən Milli Məclisin müvafiq şöbəsinə təqdim edilib. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir