Modern.az

Rusiyadakı azərbaycanlı milyonerin oğlanları arasındakı miras davası - Ailə qalmaqalı

Rusiyadakı azərbaycanlı milyonerin oğlanları arasındakı miras davası - Ailə qalmaqalı

İqtisadiyyat

18 Oktyabr 2012, 16:02
“Bakı məhəllələrində ailə münaqişələrini çölə çıxarmaq qəbul edilməyib. Lakin 87 yaşlı Yusif Behbud oğlu Dəmirov təəssüf və kədər məzmunlu məktubla Baş prokurora müraciət edib”.

Bu sətirlər “Soverşenno sekretno” qəzetində (Rusiya) dərc edilmiş məqalədən götürülüb.
“Ailə münaqişəsi, yaxud reyder qəsbi” adlı məqalədə Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı Yusif Dəmirovun iki oğlu – Nazim və Rizvan arasındakı qarşıdurmadan söhbət gedir.

Rusiya Baş prokuroruna müraciət etmiş ahıl şəxs nədən yazıb?

2005-ci ildə Nazim Dəmirova qarşı cinayət işi açılır. Buna görə də ata Ukraynadakı oğlu Rizvan Dəmirlini köməyə çağırır və ailə biznesinin idarə edilməsini ona tapşırır. Həyatının bir ilin istintaq təcridxanasında keçirən böyük qardaş Nazim tezliklə Rusiya Ali Məhkəməsinin qərarı ilə azad edilir.
Rizvan Dəmirli həmin vaxta qədər ailə biznesinə daxil olan “Printservis” səhmlərinin 96%-ini öz adına sənədləşdirir. Ata Y. Dəmirov isə 2 mln. dollarlıq vəsaiti də onun hesabına keçirir. Sonradan yaranmış ailə münaqişəsinə son qoymaq üçün səhmləri Nazim Dəmirovun oğlu Murad Dəmirovun adına rəsmiləşdirilməsi qərara alınır.

Əsl həngamə də məhz bundan sonra başlayır. Rusiya paytaxtındakı “Bakı” restoranında tez-tez peyda olan silahlı şəxslər artıq münaqişənin güc müstəvisinə çıxarıldığını isbatlayır.

Uzun məhkəmə çəkişmələrini nəzərə almaqla ailədaxili qarşıdurma indiyəcən həll olunmamış qalır. Rusiya Baş prokuroru Yuri Çaykaya müraciətdə 87 yaşlı Yusif  Dəmirov hüquq-mühafizə orqanlarının da bu münaqişəyə qarışaraq rüşvətxorluğa bulaşdığını dilə gətirir.

Xatırladaq ki, bir ara keçmiş müdafiə naziri Rəhim Qazıyevin də adı Dəmirovlarla əlaqədə hallanırdı.

 
Foto: Nazim və Rizvan Dəmirov qardaşları

Modern.az.
Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub