Arxiv
19 Oktyabr 2012, 12:01 | AKTUAL
Bakı Funikulyoru yenə bağlanıb


Uzunmüddətli təmirdən sonra nəhayət ki, bir müddət öncə istifadəyə verilən Bakı Funikulyoru yenidən fəaliyyətini dayandırıb. Funikulyor artıq bir həftəyə yaxındır ki, işləmir. Demək olar ki, hər il əsaslı təmirə dayandırılan bu dağüstü nəqliyyat vasitəsi hər təmir sonrası da problemlər yaşayır.

Modern.az-ın məlumatına görə, bir neçə gündür ki, funikulyor texniki problemlər səbəbi ilə bağlanıb. Bu günlərdə funikulyorda gəzintiyə çıxmaq istəyənlər kor-peşman geri qayıdır. Saytın əməkdaşı tam yenilənmiş şəkildə istifadəyə verilən Bakı Funikulyorunun hansı səbəbədən dayandığını öyrənmək üçün həmin ünvanda olub.  
Funikulyorun Bəhram Gurun heykəlinin yaxınlığında olan girişindəki qapının üzərindəki ağ lövhədə “texniki baxış” sözləri yazılıb. Mühafizə xidmətinin əməkdaşlarından öyrəndik ki, nəqliyyat vasitəsi bir neçə gündür texniki problemlər səbəbindən bağlanıb.

Bakı Funikulyorunun gözətçisi deyib ki, qurğu müəyyən texniki problemələr olduğundan istifadəsi bir müddətdir dayandırılıb. Onun sözlərinə görə, son təmirində istifadə olunan bütün detallar xarici ölkələrdən gətirilib. Ona görə də problemin aradan qaldırılması üçün xaricdən mütəxəssisin gəlməsini gözləyirlər. Onun sözlərinə görə, problem yaxın müddət ərzində aradan qaldırılacaq.  

Xatırladaq ki, Bakı Funikulyoru 1960-ci il mayın 5-də istifadəyə verilib. 2 stansiyası var - Bəhram Gur heykəli və Şəhidlər Xiyabanı. Stansiyalar arası məsafə 455 metrdir. Bir stansiyadan digərinə 4 dəqiqəyə çatmaq olur. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpikdir.

Qeyd edək ki, köhnə görünüşündən əsər-əlamət qalmayan Bakı Funikulyorunu İsveçrənin “Qaravelta” şirkəti təmir edib.

Gültəkin Ələsgər

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
372 nəfər daxili işlər orqanlarına qəbul edildi   19 Aprel 2019, 18:40 İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək 19 Aprel 2019, 18:31 Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb   19 Aprel 2019, 18:23 İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq   19 Aprel 2019, 18:15 Problemli krediti olanlar kompensasiyaları bu ŞƏRTLƏRLƏ alacaqlar 19 Aprel 2019, 18:07 Deputat “Komandir”in təqdimatında Qarabağ naminə birliyə ÇAĞIRDI 19 Aprel 2019, 17:54 Jiru “Çelsi”nin tarxinə adını yazdırdı 19 Aprel 2019, 17:50 ABŞ-a işləyən 300 nəfərlik casus şəbəkəsi çökdürüldü 19 Aprel 2019, 17:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilkin nizamnamə fondu - 100 min manat 19 Aprel 2019, 17:40 Problemli kreditləri olan vətəndaşlara kompensasiya ödənişi başladı - RƏSMİ 19 Aprel 2019, 17:38 Citibank nümayəndəsi UNEC-də təqdimat etdi   19 Aprel 2019, 17:37 Elmi konfrans “Heydər Əliyev və müasir Azərbaycan təhsili” 19 Aprel 2019, 17:35 İmamoğlu Ərdoğanla görüşündən danışdı: “O məni təbrik etdi, mən də onu” 19 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 19 Aprel 2019, 17:29 İstirahət günlərində səyahətə çıxanlar üçün hava PROQNOZU 19 Aprel 2019, 17:29 Azərbaycan hərbçiləri NATO-nun təlimində iştirak edib 19 Aprel 2019, 17:10 Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36