Modern.az

Milli Məclis etirazla qarşılanan layihəni qəbul edib (yenilənib)

Milli Məclis etirazla qarşılanan layihəni qəbul edib (yenilənib)

12 Fevral 2010, 14:53

Modern.az xəbər verir ki, Milli Məclisin (MM) bugünkü iclasında həm cari məsələlərə toxunulub, həm də bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparılıb.

“Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə layihə müzakirə olunub. Əlavənin məğzi də budur ki, “şəxsin xəbəri olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənilməsi, video və fotoçəkilişinin, səs yazısının aparılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.

Rəbiyyət Aslanova deyib ki, 2009-cu ildə martın 18-də Konstitusiyaya əlavə və dəyişiliklə bağlı referendum keçirilib: “32-ci maddədə yazılır ki, qanunla müəyyən edilən hallar istisna olmaqla şəxsin razılığa olmadan heç kim onun haqqında foto, vidio və audio məlumat toplaya bilməz. İzlənilə bilməz. Yalnız əməliyyat, axtarış fəaliyyəti məqsədilə məlumat toplanması istisna olunur. Əlavə və dəyişilikdə məqsəd şəxsin azadlığını və toxunulmazlığını təmin etmək məqsədi daşıyır”.

Pənah Hüseyn deyib ki, o, sözügedən əlavə və dəyişikliklə bağlı məhkəməyə müraciət edəcək. “Ola bilsin ki, məhkəmə mənim müraciətimdən imtina edə bilər. Bu əlavə və dəyişikliklər jurnalistlərin məlumat almaq azadlığını pozur”. Deputat təklif edib ki, əlavə və dəyişikliklərlə bağlı layihə yenidən ekspertizaya göndərilsin. P.Hüseyn deyib ki, əlavə və dəyişikliklə bağlı təklifdən “KİV” sözü ümumiyyətlə çıxarılmalıdır. İqbal Ağazadə də əlavə və dəyişiklikləri kəskin tənqid edib. “Belə çıxır ki, mənim Milli Məclisdəki çıxışımı jurnalist məndən icazə alıb yazmalıdır. Küçədə kimlərsə dalaşırsa, jurnalist onlardan icazə almalı və çəkiliş etməlidir. Bu, söz və mətbuat azadlığını boğmaq üçündür” İ.Ağazadə çıxışına “qanundan belə çıxır ki, heç bir jurnalist millət vəkilinin, nazirin icazəsi olmadan onun səsini və video görüntüsünü çəkə bilməz”,-deyə əlavə edib.  

Ziyafət Əsgərov isə onlarla razılaşmayıb. Deyib ki, jurnalistlər MM-in iclasını çəkə də, yaza da bilərlər. “Bu dəyişiklərin ictimai fəaliyyətə aidiyyatı yoxdir. Söhbət hər bir insanın şəxsi həyatının toxunulmazlığından gedir. Bunu qarışdırmaq olmaz. Konstitusiyada bu konkret şəkildə göstərilib. Bu düzəlişlər Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, müqavilələrə uyğunlaşdırılıb. Qanunun mahiyyəti ondan ibarədir ki şəxsi və ailə həyatına müdaxilə olmaz”.

Qüdrət Həsənquliyev də deyib ki, bu dəyişikliklə jurnalistlərin informasiya azadlığı məhdudlaşmır. Müzakirələrdən sonra qanunlara təklif edilən əlavə və dəyişikliklər yeddi nəfər əleyhinə olmaqla qəbul edilib. Qeyd edək ki, “KİV haqqında” qanunun 60-cı maddəsinə aşağıdakı düzəliş təklif olunur: “Əməliyyat-axtarış tədbirləri istisna olmaqla, heç kimin razılığı olmadan və etirazına baxmayaraq KİV nümayəndələri tərəfindən izlənilə, video və fotoçəkilişə və səsinin yazılmasına məruz qala bilməz”. Bu dəyişiklik bütün digər sadalanan qanunlara da ediləcək.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər