22 yanvar 2018, Bazar ertəsi
Ana Səhifə - FOTOSÖHBƏT - Sabiq rabitə naziri Nadir Əhmədovla FOTOSÖHBƏT
Sabiq rabitə naziri Nadir Əhmədovla FOTOSÖHBƏT
26.10.2012, 11:46

Modern.az saytı keçmiş (1997-2004 –cü il) rabitə naziri Nadir Əhmədov  ilə fotosöhbəti təqdim edir. 

Nadir Alı Əhmədov 1940-cı ildə Şəki rayonunun Göynük mahalının Aşağı Layisqi kəndində anadan olub. 1960-cı ildə Bakı Rabitə Texnikumunu, 1965-ci ildə isə Odessa Rabitə Elektrotexnika İnstitutunun Elektrik rabitəsi fakültəsini bitirib.
1968-70-ci illərdə Sovet Ordusunda xidmət edib. 1960-85-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, daha sonra 12 il rəis işləyib.
1985-ci ildən 1997-ci ilədək (12 il) rabitə nazirinin müavini və 1997-ci ildən 2004-cü ilədək (7 il) rabitə naziri vəzifəsində işləyib. 50-dən çox şəmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir.

Dövlət və ictimai işlərdə xidmətlərinə görə «Şərəf nişanı» ordeni ilə təltif olunub, SSRİ Rabitə Nazirliyinin «Rabitə ustası» adına, Respublikanın «Əməkdar rabitəçisi» fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medala və xüsusi diploma layiq görülüb. ABŞ-ın Bioqrafiyalar İnstitunun dünyada apardığı sorğuya əsasən Nadir Əhmədov «2001-ci ilin adamı» seçilib, 2002-ci ildə ABŞ-da aparılan digər sorğuya əsasən «Dünyanın qabaqcıl ziyalıları» tituluna layiq görülüb.

N. Əhmədov KİV və Sosial Araşdırma Mərkəzləri tərəfindən 2000-ci ildə «İlin ən işgüzar dövlət məmuru», 2001-ci ildə «İlin ciddi siması», 2002-ci ildə «İlin naziri», 2003-cü ildə «İlin dövlət məmuru» və «Veteranların dostu» adına layiq görülüb.

1979-87-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı olub.
Qarabağ müharibəsinin veteranıdır.
Abşeron rayonunun və Mingəçevir şəhərinin fəxri vətəndaşıdır. Evlidir, 3 övladı və 3 nəvəsi var.

Odessada tələbəlik illəri...

Odessada tələbə yoldaşları ilə (ortada).

Hərbi xidmətdə...

Bakı Şəhər Telefon Şəbəkəsinin baş mühəndisi vəzifəsində. İş otağında...

Müharibə veteranlarına hər zaman qayğı gərəkdir. Onlar üçün BŞTŞ-də xüsusi tərtib edilmiş qəbul otağında...

Azərbaycan SSR rabitə naziri H.Rəsulbəyov 1978-ci ilin III rübündə Ümumittifaq sosializm yarışında qalib çıxdığına görə SSR Rabitə Nazirliyi və Rabitə İşçiləri Həmkarlar İttifaqları Mərkəzi Komitəsinin Keçici Qırmızı Bayrağını BŞTŞ-nin rəisi Nadir Əhmədova təqdim edir (oktyabr, 1978).  

Rabitə nazirinin müavini B.Axundov Bakı şəhəri Telefon Şəbəkəsinə keçici  bayraq təqdim edir.

Ailəmiz...Həyat yoldaşım Mahirə xanım, oğlum Vahid, qızlarım Sevda və Vəfa ilə...

1982-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında Bakıda ilk ATS-in istifadəyə verilməsinin 50 illiyi mərasimi...

Politexnik İnstitutunun filialında rabitəçilərə yeni texnikanın öyrədilməsi dərsləri (həftədə bir ddəfə şənbə günləri keçirilirdi).

Rabitəçilərə fəxri diplomun verilməsindən sonra. Soldan: birinci sırada M.Lıtnev (eynəkli), Nadir Əhmədov, D.Məmmədova, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin sədri Qurban Xəlilov, İsrail Vəliyev və digərləri... 

Nadir Əhmədov Şəkidə təhsil aldığı 10 №-li orta məktəbin müəllimləri və sinif yoldaşları ilə...

Rabitə naziri təyin olunduqdan sonra iş otağında...

Şuşanı sonuncu tərk etmiş köçkün rabitəçilərlə görüş (Bakı şəhəri).

 

Dağıstanın rabitə nazirini qəbul edərkən...

 

Ortada Rusiya Federasiyasının rabitə naziridir. Moskvada mərasimdəyik...

 

Xalq artisti Hacıbaba Bağırov və Rüfət Əhmədzadə ilə...

 

Xalq artisti Barat xanım Şəkinskaya ilə söhbət edərkən...

 

Onun geniş təqdimata ehtiyacı yoxdur. Bəstəkar, Xalq artisti Tofiq Quliyevlə yanaşı... 

 

Həmyerlilər.. Nadir Əhmədov Xalq şairi Bəxtiyar Vahabzadə ilə Rabitə Nazirliyində keçirilmiş görüşdən sonra..

 

Xalq şairi Bəxtiyar Vahabzadə dostları arasında. Şairdən solda Nadir Əhmədov, sağda Baş nazirin müavini Abid Şərifov...

 

Rabitə Nazirliyinin otüstü hokkey komandasının "Rabitəçi"nin üzvləri ilə birgə...

 

İmişli rayonunda yeni, müasir tipli TV stansiyanın açılışında...

 

Prezident Heydər Əliyevin iştirakı ilə Qaradağ rayonunda qaçqınlar və məcburi köçkünlər üçün istifadəyə verilmiş qəsəbədə yeni poçt şöbəsinə baxış...

 

Dostların ailəvi görüşü...

 

Orta məktəbi bitirməyimizin 50 illiyində...

Soldan İbrahim Mustafayev, yazıçı-dramaturq Rüstəm İbrahimbəyov və mən...

 

Nəvələrim Vüsalə və İlkin..

 

Dövlətdə dəvə, övladda nəvə...

 

Həyat yoldaşım Mahirə xanımla...

Sonuncu şəkillərdən biri...

 

Modern.az


rasad
26.10.2012, 10:45

nadir.muallim.siza.hamisa.can.sagligi.arzulayiram.

Abdulla
27.10.2012, 02:09

Hörmətli Nadir müəllim, Sizə, Mahirə xanıma və bütün ailə üzvlərinə can sağlığı arzulayırıq. Siz bizim üçün həmişə dəyərli dost, gözəl ailə başçısı və həmişə cənab nazirsiniz

abdulla
27.10.2012, 11:41

Hörmətli Nadir müəllim. Siz insanliğın yüksək səviyyəsində olan dəyərli dostl, gözəl ailə başçisi və müdrik insansınız. Əminəm ki, Sizi yaxından tanıyanların hamısı bu fikirdədir. Sizə can sağlığı arzu edirik.

suleyman
01.11.2012, 04:01

Siz vətənə xalqa xidmət edən onu canından artıq sevən insansınız,Bütün həyatını dövlətimizə,xalqımıza xidmət etmiş etalon insan kimi sevilirsiz.Sizə uzun ömür və can sağlığı arzu edirəm.

Telman Huseynov
02.11.2012, 03:17

Hörmətli Nadir müəllim.Sizə uzun ömür və can sagligi arzulayiram.Sizinlə həmişə fəxr etmişəm və edirəm

sima xanim
05.11.2012, 08:43

Hörmətli Nadir muellim men Sizə uzun ömur cansagligi arzu edirem.Men Sizə həmişə minnətdaram.Men 2003-cu ildə ilk odessali telebeler(Goyceyin anasi)adindan cox sag ol deyirem.

Aysel Namazova
11.11.2012, 03:15

Nadir əmi mən sizi çox istəyirəm. Sizə can saglığı arzu edirəm. Sizin 3 cü nəvəniz bizim bacımız olan Yeganəmizin şəkili hardadır?

yaşar kamil
18.11.2012, 14:42

Sizin haqqınızda həmişə yaxşı sözlər eşitmişəm....Qoy başqa şəkililər də Sizin kimi həmyerlilərinə köməklik göstərsinlər......Sİizə uğurlar olsun

Yegane Elekberzade
19.11.2012, 10:45

Eziz babam menim burada sekilim olmasada bilirem ki, men senin en sevimli nevenem. Men seni cox isteyirem ve seninle fexr edirem. Bu heyatda hemise sene oxsamaq ve sene layiqli neve olmaq isteyirem

Vusale Sadiqzade ;-)
21.11.2012, 13:44

Babalarin en sirini .gozumun agi qarasi.idealim fexrim... Qisasi heyatimin menasi,yasama sebebim baba sen hamiya numune olacag 1insansan...geleceyin psixologu namizadi olaraq tek bunu demey isteyiremki sen heqiqetende hislerini duygularini gozel ifade Eden 1insansan ...Butun nevelerinei eyni derecede sevgi bexs edmeye calisirsan.Yeganenin Nezinin ve Reyfenin sekilleri burda olmasada hamimizi eyni derecede sevdiyini bilirem...Allah seni ve nenemi bizlerin ustunden eskik etmesin..amin

rabiteciler
12.12.2012, 02:56

saf boyuk insan nadir muallime uzun omur cansagligi arzu edirik.

Abdulla və Kimya xanım
01.01.2013, 11:26

Hörmətli Nadir müəllim və Mahirə xanım Sizi yeni 2013 təqvim ili münasibəti ilə təbrik edirik və bütün ailə üzvlərinə can sağlığı və gözəl günlər arzulayırıq.

SƏFA
14.01.2013, 02:50

hörmətli NADİR müəllim,cənab nazir! Siz nəinki müxtəlif vəzifələrin icrasını yerinə yetirdiniz,Ən vacibi uzağgörənliklə əsl ziyalı kimi,təmanna güdmədən, çox bacarıqlı milii mühəndislər ordusu yetişdirdiniz.bu gün əsas aparıcı qüvvə-lokomotiv(ən ağır işləri yerinə yetirən qüvvə)SİZİN yetişdirdiyiniz kadrlardır.Bu günkü rəhbərlik başqa şüurda kadr yetişdirir. Sizə can sağlığı və uzun ömür arzulayıram.

CAVANŞİR
19.01.2013, 13:53

Sizə və ailənizə uzun ömür,can sağlığı arzulayıram.

Asif
20.01.2013, 10:21

Nadir muellie uzun omur can saqliqi arzu edirem.

Aslan Kənan(Qasımlı)
28.01.2013, 06:29

Nadir müəllim, internetdə şəklinizi gördüm, bir anlıq sizin vaxtilə Rostovda oxuyan günləriniz vaxtı, sevimli, gözəl insan Əhməd dayı, Səyyarə xalanı xatırladım. Əhməd dayıgilin eyvanı bir olan Günlərdə nə gözəl vaxtlar idi. Siz o zamandan da təvazökar idiniz. Sonra müxtəlif vəzifələrdə işlıyəndə təvazökarlığınızın üzərinə işinizi dərindən bilən mütəxəssis və bir vicdanlı, təmiz insan kimi də olduğunuz bir daha sübuta yetdi. Çox təəssüf ki, sizin fəaliyyətinizdən lazımınca istifadə edilmədi. Siz daha çox bu xalqa xeyir verərdiniz.i Sizdə qeyrət və vicdan o qədəe pakdir ki, hər kəsə örnək ola bilərsiniz. Bir də həmişə mübasi etdiyim, Moskvada univerisiti bitirib gəlmiş Fikrəti də xatırlayıram, Fərdili də. Eşq olsun onlara. Onlar da valideynləri kimi hamıya örnək ola bilərlər.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Mühərriki alovlanan təyyarə təcili eniş edib
22.01.2018, 00:29

Mühərriki alovlanan təyyarə təcili eniş edib

Türkiyə bayrağı Afrində dalğalandı - Video
22.01.2018, 00:16

Türkiyə bayrağı Afrində dalğalandı - Video

Saatlıda ağır qəza: ölən və yaralananlar var
21.01.2018, 23:53

Saatlıda ağır qəza: ölən və yaralananlar var

Yarmarkada qiymətlər aşağı düşdü - Video
21.01.2018, 23:39

Yarmarkada qiymətlər aşağı düşdü - Video

Şəhriyar Məmmədyarov  3-cü pillədə
21.01.2018, 23:18

Şəhriyar Məmmədyarov  3-cü pillədə

“Türkiyə əməliyyadan öncə Rusiya, ABŞ və İranla ali səviyyədə görüşlər keçirib” – Bəkir Bozdağ
21.01.2018, 22:58

“Türkiyə əməliyyadan öncə Rusiya, ABŞ və İranla ali səviyyədə görüşlər keçirib” – Bəkir Bozdağ

BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyəti müzakirə edəcək
21.01.2018, 22:39

BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyəti müzakirə edəcək

Sərnişinlər əlavə gediş haqqı ödəməyə məcbur edilir - Video
21.01.2018, 22:24

Sərnişinlər əlavə gediş haqqı ödəməyə məcbur edilir - Video

Şəkidəki yanğında azyaşlı xəsarət aldı
21.01.2018, 22:11

Şəkidəki yanğında azyaşlı xəsarət aldı

Yevlax sakini həmkəndlisinə 17 bıçaq vurdu
21.01.2018, 21:59

Yevlax sakini həmkəndlisinə 17 bıçaq vurdu

Rəşad Sadıqovun komandası məğlub oldu
21.01.2018, 21:43

Rəşad Sadıqovun komandası məğlub oldu

Aviaşirkətlər ötən il rekord sayda sərnişin daşıyıb
21.01.2018, 21:27

Aviaşirkətlər ötən il rekord sayda sərnişin daşıyıb

Azərbaycanlı deputat komadan ayıldı
21.01.2018, 21:08

Azərbaycanlı deputat komadan ayıldı

Ağdamda zəhərlənənlərdən ikisinin vəziyyəti ağırdır - Yenilənib
21.01.2018, 20:37

Ağdamda zəhərlənənlərdən ikisinin vəziyyəti ağırdır - Yenilənib

Türkiyə 5 şəhid verdi
21.01.2018, 20:17

Türkiyə 5 şəhid verdi

Saatlıda polis əməkdaşı bıçaqlanıb
21.01.2018, 20:02

Saatlıda polis əməkdaşı bıçaqlanıb

“Sinemanın kral və kraliçası” seçildi - Fotolar
21.01.2018, 19:45

“Sinemanın kral və kraliçası” seçildi - Fotolar

Kabildə otelə silahlı hücum nəticəsində ölənlərin sayı 43-ə çatıb - YENİLƏNİB
21.01.2018, 17:44

Kabildə otelə silahlı hücum nəticəsində ölənlərin sayı 43-ə çatıb - YENİLƏNİB

Ərdoğan yenidən Ermənistana arxivləri açmağı təklif edib
21.01.2018, 17:00

Ərdoğan yenidən Ermənistana arxivləri açmağı təklif edib

Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb   
21.01.2018, 16:34

Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb  

Azərbaycanda “çürük banklar”ın sayı  ARTIR
21.01.2018, 15:30

Azərbaycanda “çürük banklar”ın sayı  ARTIR

Azərbaycan XİN-dən “Zeytun Budağı” əməliyyatı ilə bağlı AÇIQLAMA - RƏSMİ
21.01.2018, 14:46

Azərbaycan XİN-dən “Zeytun Budağı” əməliyyatı ilə bağlı AÇIQLAMA - RƏSMİ

Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilməlidir
21.01.2018, 14:25

Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilməlidir

Paytaxtın bu ərazilərində su yoxdur
21.01.2018, 14:00

Paytaxtın bu ərazilərində su yoxdur

Sabaha olan hava PROQNOZU
21.01.2018, 13:05

Sabaha olan hava PROQNOZU

Deputatların “bazar günü”: “Bazar günü mənim üçün sıradan bir gündür və xüsusi əhəmiyyət daşımır”
21.01.2018, 12:50

Deputatların “bazar günü”: “Bazar günü mənim üçün sıradan bir gündür və xüsusi əhəmiyyət daşımır”

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz”
21.01.2018, 11:56

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz”

Türkiyə tankları Afrinə daxil olub
21.01.2018, 11:50

Türkiyə tankları Afrinə daxil olub

Vəzifəsindən azad olunan təhsil nazirinin müavininə Vergilər Nazirliyində yüksək vəzifə verildi
21.01.2018, 10:46

Vəzifəsindən azad olunan təhsil nazirinin müavininə Vergilər Nazirliyində yüksək vəzifə verildi

Azərbaycan ermənilərə zərbə endirməyib - RƏSMİ
21.01.2018, 10:21

Azərbaycan ermənilərə zərbə endirməyib - RƏSMİ

Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozub
21.01.2018, 09:41

Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozub

Nyu-Yorkda
21.01.2018, 09:34

Nyu-Yorkda "Azadlıq" heykəli bağlandı

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video
21.01.2018, 00:56

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video

Məmmədyarov
21.01.2018, 00:39

Məmmədyarov "Tata Steel Chess"də 3-cü qələbəsini qazandı

Çexiyada otel yanğınında 2 nəfər öldü
21.01.2018, 00:17

Çexiyada otel yanğınında 2 nəfər öldü

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(39.3%)
SOCAR(15.1%)
Azersun Holding(9.09%)
Azercell(3.03%)
Bakcell(12.1%)
Nar mobile(3.03%)
Gilan Holdinq(6.06%)
Nurgun Group(0%)
Paşa Holding(3.03%)
Akkord(9.09%)