Modern.az

Filip Kirkorov: “Azərbaycan xalqının diqqət və qayğısına görə sevinirəm” - AÇIQLAMA

Filip Kirkorov: “Azərbaycan xalqının diqqət və qayğısına görə sevinirəm” - AÇIQLAMA

İqtisadiyyat

24 Oktyabr 2012, 12:58

 “Bakıya gedəcəyim günü səbirsizliklə gözləyirəm”

Rusiyanın məşhur müğənnisi, xalq artisti Filip Kirkorov Bakıda keçiriləcək konsertlə bağlı gördüyü diqqətdən razılığını bildirib. Erməni əsilli müğənninin Bakıdakı konsertinin təşkilatçısı olan İtaldizayn Groupdan verilən məlumata görə, Filip Kirkorov Azərbaycan xalqının ona qarşı göstərdiyi diqqət və qayğıya görə sevindiyini və bu sevginin ona xoş təsir bağışladığını bildirib. 8 noyabrda Bakı Kristal Zalda keçiriləcək konsertin möhtəşəm olacağını bildirən müğənni Bakıya gələcəyi günü səbirsizliklə gözlədiyini vurğulayıb.

Qeyd edək ki, Filip Kirkorovun Bakıda keçiriləcək ilk solo konserti 9 noyabr – Dövlət Bayrağı günündə Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulsa da, konsertin keçirilmə tarixi sonradan dəyişdirilərək 8 noyabr tarixinə  təyin olunub. Belə ki, erməni əsilli Filip Kirkorovun qalmaqallı konserti 8 noyabr tarixində saat 20:00-da Crystal Hall konsert zalında keçiriləcək.

Anar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir