Modern.az

Oturaq həyat tərzi ölümü yaxınlaşdırır

Oturaq həyat tərzi ölümü yaxınlaşdırır

14 Fevral 2010, 17:35

Alimlər oturaq həyat tərzinin təhlükəli olması barədə xəbərdarlıq edirlər. Araşdırmalar nəticəsində məlum olub ki, 4 saat hərəkətsiz qalandan sonra orqanizm həyəcan təbili vurur. Qlükoza və piy istehsalını tənzimləyən genlər fəaliyyət göstərmir.
Dünya Səhiyyə Təşkilatının bədən tərbiyəsi üzrə mütəxəssisi Tim Armstronq hesab edir ki, oturaq həyat tərzi keçirmək məcburiyyətində olanlar təkcə səhər və axşam deyil, gün ərzində bədən tərbiyəsi ilə məşğul olmalıdırlar. Ötən il 17 min kanadalının iştirakı ilə aparılan tədqiqatlar göstərmişdir ki, insan nə qədər çox oturursa, ölüm təhlükəsi də bir o qədər artır. Digər tədqiqatın nəticələrinə görə, amerikalılar ömürlərinin yarısını oturaq keçirirlər.
Oturaq həyat tərzi keçirənlərdə prostatın xəstələnməsi, sidik kisəsində və böyrəklərdə problemin yaranması hallarana daka tez-tez rast gəlinir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı