Modern.az

Əşrəf Mehdiyevin özü ilə birlikdə partiyası da “ölüb”

Əşrəf Mehdiyevin özü ilə birlikdə partiyası da “ölüb”

Ölkə

30 Oktyabr 2012, 16:06


“Əşrəf Mehdiyev dünyasını dəyişəndən sonra onun sədri olduğu Qeyrət Partiyası fəaliyyətini dayandırıb. Qeyrət Partiyasının dövlət qeydiyyatına alınması üçün göstərdiyimiz cəhdlər nəticə vermədiyinə görə qurumun fəaliyyətinə son qoymağa qərar verdik”.

Bu sözləri Modern.az saytına açıqlamasında mərhum Əşrıf Mehdiyevin köməkçisi olmuş Elşən Məmmədov deyib. Elşən Məmmədov bildirib ki, sədr dünyasını dəyişəndən sonra Qeyrət Partiyasının üzvləri ayrı-ayrı siyası təşkilatlarda fəaliyyət göstərirlər: “Siyasi Şura bu məsələdə üzvlərə sərbəstlik vermişdi”.

Elşən Məmmədov bildirib ki, Əşrəf Mehdiyevin sədri olduğu Azərbaycan Repressiya Qurbanları Assosiasiyası isə faəliyyətini davam etdirir:

“Assosiasiyaya böyük öndər Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə rəhbərlik edir. Təşkilat əvvəllər olduğu kimi, yenə Bakımın Nizami küçəsindəki qərargahında fəaliyyət göstərir”.

Əşrəf Mehdiyev 1934-cü ildə Cəbrayıl rayonunda anadan olub. O, uzun illər Azərbaycan Texniki Universitetində dərs deyib. Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri idi. 1998-ci ildə prezidentliyə namizəd olub. Digər namizədlərdən fərqli olaraq rayonlarda seçicilərin görüşünə ictimai nəqliyyatla getməsi, hakimiyyət namizədini sərt şəkildə tənqid etməsi səbəbindən 1998-ci il seckiləri zamanı onu «xalqın namizədi» adlandırırdılar. Seçkilərdən sonra demokratiya uğrunda aparılan mübarizədə yaxından iştirak edib O, 2005-ci ildə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd olub.
2009-cu ildə aprelin 24-də vəfat edib.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir