Modern.az

“BP- Azərbaycan”ın prezidenti işdən çıxdı

“BP- Azərbaycan”ın prezidenti işdən çıxdı

2 Noyabr 2012, 12:51

"BP-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir vəzifəsini tərk edib. Modern.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Cavanşir BP-nin Baş ofisinə vitse-prezident vəzifəsinə təyin olunub. Rəşid Cavanşirin yerinə əslən şotland olan şəxs gəlib.

Qeyd edək ki, Rəşid Cavanşir vəzifəsinə 2009-cu ilin sentyabrın 1-dən "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz kəməri layihələrinin operatoru olan ВР Azerbaijan şirkətinə prezident təyin olunmuşdu. Bu vəzifədə əvvəl Bill Şreder çalışıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!