Modern.az

Milli Məclisin deputatı İstanbula gedir

Milli Məclisin deputatı İstanbula gedir

2 Noyabr 2012, 13:53

Noyabrın 4-də İstanbulda Avropa Şurası ilə Türkiyə Böyük Millət Məclisinin birgə təşkilatçılığı ilə Qadınların siyasi və sosial-iqtisadi həyatda təmsilçiliyinin artırılmasına həsr olunmuş konfrans keçiriləcək. Tədbirdə ölkəmizi Azərbaycan Milli Məclisin deputatı, AŞPA-nın irqçilik və ksenofobiya üzrə Alt Komitəsinin sədri Sahibə Qafarova təmsil edəcək.
Millət vəkilinin verdiyi məlumata görə, gender məsələlərinə həsr olunmuş tədbirdə qadınların siyasi və sosial hüquqları təşviq ediləcək, iqtisadiyyata və maliyyə işlərinə daha yaxından cəlb olunması yolları araşdırılacaq. Mədəniyyət və incəsənət sahələrində, eləcə də KİV-də qadınların mövqeyinin gücləndirilməsi zərurətindən danışılacaq. Konfransda qadınlara qarşı zorakılıqla mübarizə məsələsi diqqət mərkəzində olacaq. Sahibə Qafarova deyib ki, konfransda “qadın hüquq və imkanlarının genişləndirilməsində Şimal-Cənub prosesi” layihəsi çərçivəsində 2012-ci ildə həyata keçirilən tədbirlər barədə hesabat, qadınların siyasi və sosial hüquq və imkanlarının dəyərləndirilməsi, qadınların iqtisadi həyatda iştirakı, qadınlara qarşı zorakılıqla mübarizə, qadınların hüquq və imkanlarının mədəniyyət, kütləvi İnformasiya Vasitələri və incəsənət vasitəsilə genişləndirilməsi mövzusunda məruzələr dinləniləcək. Konfransda Azərbaycan parlamentinin deputatı, AŞPA-nın irqçilik və ksenofobiya üzrə Alt Komitəsinin sədri Sahibə Qafarovanın məruzəsi dinləniləcək.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir