Modern.az

Könlüm keçir Qarabağdan...

Könlüm keçir Qarabağdan...

4 Noyabr 2012, 10:55

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndiilməsinə xidmət edən deputat-tələbə layihəsinə yenidən start verdi. Bu layihə çərçivəsində deputat Rövşən Rzayevin təqdim etdiyi “Qarabağın Azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqların azad edilməsinə necə təsir edə bilər?” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.

“Dialoq iki icma arasında itirilmiş etimadın bərpası üçün vacibdir”

İşğal olmuş torpaqlar Azərbaycan xalqının ən ağır yarasıdır. Xatırladaq ki, Azərbaycan torpaqlarının 14-i keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti və 7 ətraf rayonumuz işğal edilmişdir.

 Bu torpaqları geri qaytarmaq üçün dövlətimiz hər zaman əlindən gələni edib və edir. Dağlıq Qarabağı və digər torpaqlarımızın işğaldan azad edilməsində siyasətdə düzgün mövqe tutmağımız olduqca böyük rol oynayır.

Misal üçün, Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpa edilməsi. Qeyd edim ki, Azərbaycan tərəfi həmişə Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinə tərəfdar olub. Azərbaycan bu icmaların bir-biri ilə ünsiyyət qurmasına və münaqişənin nizamlanmasına öz töhfəsini verməsinə tərəfdardır.

Çünki dövlətimiz bu görüşlərin etimad mühitinin formalaşmasına müsbət təsir göstərəcəyindən əmindir. Azərbaycanlılar və ermənilər arasında təmaslar intensiv olmalıdır, yalnız belə olduğu təqdirdə, ümumi dil tapmaq mümkün ola bilər.

Məhz, bu səbəbdən də, xarici işlər naziri Elman Abdullayev hər zaman bildirir ki, Azərbaycan etimad mühiti formalaşdırmaq məqsədilə erməni və azərbaycanlı icmaları arasında əlaqələrin qurulmasına dair müxtəlif səviyyələrdə irəli sürülən təşəbbüsləri dəstəkləyir. Onuda qeyd edim ki, bu fikiri ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakıya səfəri zamanı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzada bildirib. “Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş təşəbbüslərini dəstəkləyirik”, - deyə Metyu Brazya çıxış edib.

Lakin bu gün Ermənistanda hakimiyyətdə olan şəxslər, istər Robert Köçaryan, Serj Sarkisyan, istərsə də azərbaycanlılara qarşı törətdikləri soyqırımından fəxrlə danışırlar.

Buna baxmayaraq son 20 ildə beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşmışlar. Amma son illər Azərbaycan dövlətinin apardığı siyasət bu təşkilatların mövqeyində dəyişiklik yaratmış, Prezident İlham Əliyev torpaqlarımızın danışıq predmeti olmadığını bəyan etmişdir. Artıq dünya ölkələri Azərbaycanın mövqeyini qəbul etməklə yanaşı, onu etibarlı müttəfiq kimi də tanıyırlar.

“Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında aparılan danışıqlar niyə reallaşmırlar?”

İlk növbədə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında aparılan danışıqların reallaşmaması Ermənistan hökumətinin qeyri-konstruktiv, antidemokratik siyasətidir. Dağlıq Qarabağın azərbaycanlı icması 2011-ci ilin noyabrında Berlində icmaların görüşünü təşkil etdiyi, lakin erməni tərəfinin bu görüşə gəlməməsi də, bunu təsdiqləyir.

Xatırladaq ki, 1992-ci ildə ATƏT-in Minsk qrupunun yaradılması zamanı Qarabağ münaqişəsinin tərəfləri qismində Azərbaycan və Ermənistan, maraqlı tərəflər kimi Qarabağın azərbaycanlı və erməni icması tanınmışdır. Və Qarabağın danışıqlar prosesində iştirak etməsi yalnız 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılan zaman müəyyən edilən format əsasında gerçəkləşə bilər. Görüş isə Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərovla erməni icmasının rəhbəri Bako Saakyan arasında keçirilməlidir. Qarabağın azərbaycanlı və erməni icmasının danışıqlar prosesində birgə iştirak etməsi Azərbaycan tərəfinin vacib şərti sayılır. Amma erməni tərəfi Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsinə maneçilik törədir.

Erməni tərəfi sanki, başa düşmək istəmir ki, gec ya tez bu iki icma bir yerdə yaşayacaq. Bu icmaların dinc şəraitdə yaşamasına isə Azərbaycan dövləti imkan yarada bilər. Həmçinin Azərbaycanın ərazi bütövlüyü bərpa olunacağı təqdirdə Qarabağın erməni icmasının həyatında müsbət dəyişikliklər baş verə bilər. Son illər də Azərbaycan dövlətinin necə inkişaf etdiyini hər kəs görür. Bu inkişaf bərpa edilmiş torpaqlarımıza da təsir edəcək.

Azərbaycan nə vaxtsa öz ərazilərini işğaldan azad edəcək və ərazi bütövlüyünü bərpa edəcək.  Erməni tərəfi bir şeyi də unutmamalıdır, dialoqdan qaçmaq dünya ictimaiyyəti tərəfindən olduqca mənfi qarşılanır.

İcmalararası danışıqların əsas məqsədi Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qaytarılmasıdır. Erməni tərəfi buna mane olsa da, Azərbaycan öz istədiyinə nail olacaq.

Lakin heçnəyə baxmayaraq, Ali Baş Komandanın əmri ilə, xalqımız işğal altındakı torpaqlarımızı azad edəcəkdir.

 

Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi, 4-cü kurs tələbəsi Türkan Nadirqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir