Modern.az

Deputatlar Latviyaya gedib

Deputatlar Latviyaya gedib

Aktual

4 Noyabr 2012, 11:51

Bu gün  Milli Məclisin deputatları Rövşən Rzayev, Sədaqət Vəliyeva, Fuad Muradov və Aydın Abbasov Latviyanın paytaxtı Riqa şəhərinə səfər ediblər. Səfər müddətində deputatlar Latviya parlamentinin fəaliyyəti ilə yaxından tanış olacaq, ölkəmizlə parlamentlərarası əlaqələr üzrə qrupun, Parlament İslahat Partiyasının, Büdcə və maliyyə (vergi) komitəsinin, Konkord mərkəzi parlament qrupunun, Latviya Seymi Xarici işlər komitəsinin, Parlament Yaşıllar və Fermerlər İttifaqının, Parlament Birlik qrupunun üzvləri ilə bir sıra görüşlər keçirəcəkdir.
Danışıqlar zamanı millət vəkili hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və digər aktual məsələlər barədə fikirlərini bölüşəcək.

Nümayəndə heyətinə Rövşən Rzayev rəhbərlik edir.

Səfər noyabrın 7-də başa çatacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?