Modern.az

“Gənclər Məclisi” təsis olundu

“Gənclər Məclisi” təsis olundu

Aktual

5 Noyabr 2012, 13:28

Azərbaycanda yaşayan, müxtəlif peşə sahibi olan 50-yə yaxın gəncin iştirakı ilə  “Gənclər Məclisi”ni təsis edilib.

Məclisin mətbuat xidmətindən Modern.az-a verilən olan məlumata görə, azad düşüncəli, fəal və bacarıqlı gənclərin toplaşdığı məclisdə ayda iki dəfə aktual məsələləri müzakirə ediləcək. 

“Gənclər Məclisi”nin yaradılmasında məqsəd Cəmiyyətdə ictimai və siyasi həyatda iştirak mədəniyyətinin yayılmasına və gücləndirilməsinə səy göstərmək; Fərqli sahələrdə təmsil olunan müxtəlif ixtisasa və təcrübələrə malik gənclərin resurslarını səfərbər etməklə təsirli iştirak mexanizmlərini inkişaf etdirmək;
G
ənclərin ictimai siyasi həyatda iştirakının artırılması üçün imkanlar yaradılmasına çalışmaq;
İctimai v
ə siyasi məsələlərdə gənclərin fikirlərinin qərarvericilər tərəfindən dinlənilməsinin və nəzərə alınmasının təmin edilməsi məqsədi ilə icra hakimiyyəti, parlament, təhsil müəssisələri, vətəndaş cəmiyyəti üzvləri və digər yerli və beynəlxalq maraqlı tərəflər ilə əməkdaşlıq və dialoqlara səylər göstəkrmədir.  
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir