Modern.az

Hərbi ekspert Azərbaycan hökumətini təkidli olmağa çağırdı

Hərbi ekspert Azərbaycan hökumətini təkidli olmağa çağırdı

5 Noyabr 2012, 13:43

Bir neçə gün öncə Türkiyənin Milliyyətçi Hərəkət Partiyasından (MHP) millət vəkili Sinan Oğan Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı açıqlama verib. O bildirib ki, Ermənistan sözügedən AES-in nüvə tullantılarını işğal etdiyi Dağlıq Qarabağ ərazisində dəfn edir.

Modern.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, Ermənistan onsuz da nəzarət olunmayan ərazilərdə istədiyini həyata keçirir. Onun sözlərinə görə, xeyli müddətdir ki, işğalçılar işğal altındakı əraziyə olmazın ziyan vururlar.
“Hətta hərbi təlimlər üçün poliqona çevrilmiş Qarabağda həm də zərərli tullantılar basdırılır. Ermənistan imkan vermir ki, beynəlxalq qurumlar orada monitorinq aparsınlar. Amma kosmosdan çəkilmiş fotolar erməni vandalizmini sübut edir”.
Hərbi ekspertin sözlərinə görə, erməni mətbuatının özündə də bir neçə dəfə bu faktlar əksini tapıb.
“Ona görə də Azərbaycan hökuməti təkidlə tələb eləməlidir ki, beynəlxalq qurumların müşahidəsi ilə mütəxəssislər orada araşdırma aparsınlar”.

Ü.Cəfərovun sözlərinə görə, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə addımlar atıb. “Amma onun nə dərəcədə effektli olub-olmadığını deməyə çətinlik çəkirəm. Onsuz da Ermənistan heç bir beynəlxalq sənədlərə əhəmiyyət vermir”.

Sevinc İltifatqızı
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?