Modern.az

Prezident 33 min dollar maaş alır

Prezident 33 min dollar maaş alır

İqtisadiyyat

6 Noyabr 2012, 13:49

ABŞ-da bu gün keçiriləcək prezident seçkilərinə artıq saatlar qaldı. Barak Obama və Mitt Romninin mübarizə apardığı tarixi dueldə kimin qalib gələcəyini hamı səbirsizliklə gözlədiyi kimi, yeni prezidentin nə qədər əməkhaqqı alacağı da maraq doğurur. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Barak Obama prezident fəaliyyəti zamanı illik 400 min dollar maaş alıb. Bu rəqəmin əlavə bonus və ödənişlərlə 600 min dollardan çox olduğu bildirilir.  ABŞ prezidentinin aylıq əməkhaqqısı isə 33 min dollar civarında təşkil edir.

Məlumatda həmçinin qeyd olunub ki, Almaniya kansleri Angela Merkel ildə təxminən 242 min avro, Fransanın yeni prezidenti Fransua Olland isə illik 230 min avro əməkhaqqı alır. Rusiyada rəqəmlər tam fərqlidir. Prezident Vladimir Putinin aylıq maaşı təxminən 7 min dollardır.  

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidentinin isə aylıq  əməkhaqqısı  15 min manat təşkil edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!