Modern.az

Mahmudəli Çöhrəqanlı: “İran istədi, Türkiyə məni qapıdan qovdu...”

Mahmudəli Çöhrəqanlı: “İran istədi, Türkiyə məni qapıdan qovdu...”

6 Noyabr 2012, 15:16

Ankara hava limanından daimi yaşadığı Birləşmiş Ştatlara dönməli olan Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri başına gələnləri BBC-Azərbaycancaya danışıb.

“Məni Türkiyəmin havasını belə udmağa imkan vermədilər. Nə yaşıma, nə yorğunluğuma məhəl qoydular... Qardaşlıq, qonşuluq, hətta insanlıq haqlarıma belə göz yumaraq, gəldiyim təyyarəyə oturdub, geri göndərdilər”, - deyə ötən həftəsonu Türkiyəyə səfər ümidi ilə yola çıxaraq, üç günlük təyyarə uçuşlarından sonra bazar ertəsi daimi yaşadığı ABŞ-a geri qayıdan  Mahmudəli Çöhrəqanlı bildirib.

Uzun müddət ABŞ-da mühacirət həyatı yaşayan Çöhrəqanlı İranın mövcud rejimi əleyhinə sərt bəyanatlarına görə tanınır. Son illər o nə Azərbaycana, nə də Türkiyəyə buraxılır.

Ötən həftə o, Ankarayaa müxalifətçi Milliyyətçi Hərəkat Partiyasının qurultayına dəvət edilmişdi. Tərəfdarları əmindirlər ki, Çöhrəqanlının Türkiyəyə səfərinin baş tutmaması rəsmi Tehranın təzyiqlərinin nəticəsidir. Elə Çöhrəqanlının özü də bu qənaətdədir.

“Mənə qeyri-rəsmi qaydada eşitdirildi ki, əmir İran səfirliyindən gəlib… Tehran istədiyi üçün Türkiyə qapıları üzümə bağlayıb”.

“...Hətta İraqın şimalına nəzarət edən Kürdüstan Müvəqqəti Hökumətinin lideri Barzani bu yaxınlarda Türkiyəyə buraxıldığı halda, mənə nədən eyni haqlar tanınmır”- deyə GAMOH lideri sual edib.

Vaşinqtona qayıtdıqdan sonra, Ankaradakı yaxınları Çöhrəqanlıya Türkiyə müxtəlif siyasi dairələrinin onlarla əlaqə saxlayaraq, “baş verənlərdən məyus olduqlarını” deyiblər.

“Hətta iqtidarda olanların bu məsələdən xoşhal olmadıqları bizə eşitdirilib. Ümid edirəm, yaxın gələcəkdə yaramıza məlhəm salmağa çalışacaqlar. Bağlı qapılar nəhayət üzümüzə açılacaq”, deyə o, vurğulayıb.

Çöhrəqanlının Türkiyəyə səfəri əsnasında onun Bakıdakı dostları, xüsusilə Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin həmsədri millət vəkili Sabir Rüstəmxanlı hərəkat liderinin Azərbaycana gələ bilməsi üçün prezident İlham Əliyevə müraciət edib.

“Bakıdan cavab gözləyirəm… Ümid edirəm məsələ çox uzanmayacaq və Azərbaycana gəlib, nəhayət başımı millətimin döşünə qoya, dərdlərimi bölüşə biləcəyəm”, -deyə o, bildidib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir