Modern.az

Bəzi cəzaçəkmə müəssisələrin rəisləri cəzalandırılıb

Bəzi cəzaçəkmə müəssisələrin rəisləri cəzalandırılıb

16 Fevral 2010, 11:55

Ədliyyə Nazirliy Penitensiar xidmətin 2009-cu ildəki fəaliyyətin yekunlarına dair əməliyyat şurası kecirilib. Şurada Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların mudiriyyəti, habelə Ədliyyə Nazirliyinin Tibb baş idarəсinin mufəttişliyinin rəisləri iştirak ediblər. Bu barədə Modern.az-a Penitensiar xidmətin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Nazim Ələkbərov  bilidirib ki, hesabat dövründə qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub.  Onun sözlərinə görə ötən il ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 3100-dən artıq qadağan olunmuş əşya, o cümlədən 747 kəsici-deşici alət, 140 litr spirtli içki, 89 mobil telefon aşkarlanaraq götürülüb. Həmçinin il ərzində narkotik maddələrlə bağlı 41 fakt müəyyən edilib, 207 qram müxtəlif narkotik vasitə, o cümlədən 153,8 qram heroin aşkar olunub, 22 məhkum, habelə gizli yolla narkotik vasitə keçirməyə çalışan görüşə gələn 16 şəxs, məhkumların yaxınları və eyni zamanda penitensiar müəssisələrin 3 əməkdaşı ifşa olunub. N.Ələkbərov deyib ki, fəaliyyətlərində ciddi pozuntulara yol verdiklərinə görə, 11 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisləri ədliyyə orqanlarından xaric ediliblər. 6, 11, 12, 14 saylı cəzaçəkmə müəssisələrinin, 3, 7, 10, 11 saylı xüsusi müəssisələrin, Mühafizə alayının bir sıra bölüklərinin fəaliyyətlərində də ciddi nöqsan və pozuntular aşkar edilib, bu qurumların rəhbərləri ciddi intizam məsuliyyətinə cəlb ediliblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir