Modern.az

Mobil telefonla danışanların sayı 5 milyarda çatacaq

Mobil telefonla danışanların sayı 5 milyarda çatacaq

Dünya

16 Fevral 2010, 13:16

BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) proqnozlarına əsasən cari ilin sonuna kimi 5 milyard insan mobil rabitə xidmətlərindən istifadə edəcək.
BTİ-də qeyd edirlər ki, qlobal abunəçi bazasının əsas artımı kasıb ölkələrin payına düşəcək. Həmçinin BTİ 2010-cu ilin sonuna kimi genişzolaqlı çıxış istifadəçilərinin sayının 1 milyarda çatacağını proqnozlaşdırır. Xatırladaq ki, 2009-cu ilin yekunlarına görə bu göstərici 600 milyon təşkil etmişdi.
“Hətta qlobal maliyyə böhranı şəraitində belə biz telekommunikasiya xidmətlərinə olan tələbatın artığını müşahidə edirik”, - deyə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture bildirib. 2009-cu ilin sonunda dünya üzrə mobil rabitə istifadəçilərinin sayı təxminən 4.6 milyard olub.
Bu günlərdə Barselonada keçirilən Mobile World Congress tədbirində məruzə ilə çıxış edən baş katib bildirib ki, BMT xüsusən üçüncü dünya ölkələri üçün işlənib hazırlanmış yeni nəsil mobil servislərin təqdim olunacağını proqnozlaşdırır. “Bank xidmətlərinə çıxış olmayan insanlar maliyyə əməliyyatlarını mobil telefonları vasitəsilə həyata keçirə bilərlər”,– deyə BTİ-nin rəhbəri proqnozlaşdırır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar