Modern.az

Asif Mərzili Elşad Abdullayevin ittihamlarına cavab verdi

Asif Mərzili Elşad Abdullayevin ittihamlarına cavab verdi

12 Noyabr 2012, 13:38

Elşad Abdullayev özünə sərf etməyən tənqidi yazıları sifarişli hesab edir 

Fəaliyyəti dayandırılmış keçmiş ABU-nun sabiq rektoru, Fransada siyasi mühacirətdə olan Elşad Abdullayev Modern.az saytına açıqlamasında bır sıra tanınmış şəxsləri adam oğurluğu ilə bağlı faktların açılmasına əngəl yaratmaqda ittiham edib. E.Abdullayev KİV-də onun barəsində gedən bəzi yazıları “sifarişli” adlandırıb.
Eks-rektor daha sonra “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilini, “Femida” qəzetinin baş redaktou Əyyub Kərimovu, həmçinin  MTN-in keçmiş əməkdaşı, Fransada siyasi sığınacaq almış polkovnik Ramin Nağıyevi mütəşəkkil cinayətkar dəstənin əməllərini gizlətməkdə və sifarişlə işləməkdə ittiham edib.

“Təzadlar”»ın baş redaktoru Asif Mərzili Modern.az-a açıqlamasında E.Abdullayevin ona qarşı yönəlmiş ittihamına belə cavab verib:

- Özümə aid ittihamlarla bağlı bildirmək istəyirəm ki, Elşad Abdullayevin bu hüquqi əsası olmayan, məntiqsiz və əsassız ittihamları 2008-ci ildə “Təzadlar”da “Mahir Abdullayev niyə axtarılmır?”  başlıqlı xoş niyyətlə yazılmış yazıdan qaynaqlanır. Həmin yazıda Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən MTN kimi bir nüfuzlu dövlət orqanı əməkdaşının, ABU-nun dekanı və daha bir neçə təhsil müəssisəsinin müəllimi olmuş bir şəxsin 2003-cü ildən itkin düşməsinə baxmayaraq, hələ də barəsində dəqiq rəsmi məlumatın olmadığını yazmışdıq. Elşad Abdullayev bu yazını “arı pətəyinə çöp uzatmaq” kimi qarşıladı və məni, həmçinin müstəqil yazar Zümrüd Məmmədovanı məhkəməyə verdi. Halbuki, indi özü iki ildir ki, Fransadan üzü Azərbaycana hakimiyyəti və bütün hüquq mühafizə orqanlarını ittiham edir, soruşur ki, niyə inun qardaşını axtarmırlar? Onun məlum video-açıqlamalarından agah olur ki, on milyonlarla dollar pulu var imiş və bu pullar onu adi bir yazıya qarşı belə hövsələsiz edibmiş, hər yetənə isə “Məşədi İbad” kimi pul paylayırmış…
O, belə şeylərlə barışmırdı ki, niyə jurnalist onun haqqında nəsə icazəsiz yazı yazır və s. Elşad Abdullayev hətta yazmadığım həmin yazıya görə məni və Z.Məmmədovanı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə verdi. Hakim T.İsmayılov heç bir məhkəmə istintaqı aparmadan məni məhkəmə zalından həbs etdi, bir il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxardı. Bilirsiniz ki, Prezident İlham Əliyev, ölkənin bütün müxalifət partiyalarının, digər ictimai-siyasi qurumların, media təşkilatlarının rəhbərləri, Beynəlxalq Təşkilatlar bu hökmə sərt yanaşdılar. Ora-bura pul paylamaqda peşəkar olan ElşadAbdullayev ölkədə tanınan bir tənqidi qəzetin baş redaktorunu həbs etdirməklə, əslində, hakimiyyətin də əsəbləri ilə oynadı… Bakı Apellyasiya Məhkəməsi isə iki gün sonra həmin hökmü ləğv etdi və mən azad edildim. Elşad Abdullayev Prezidentin bu jesti ilə də barışmadı. Hətta o, bilərək ki, bu məsələyə ölkənin Prezidenti qarışıb, Bakı Apellyasiya Məhkəməsinə əlavə şikayət göndərmişdi ki, mənə daha ağır cəza versinlər. Belə adama necə hüquq professoru deyəsən?”.

Asif Mərzili deyib ki, Elşad Abdullayev sonralar ona qarşı absurd ittihamlar irəli sürüb: “Məni Hacı Məmmədovun adam oğurluğu ilə məşğul olmuş mütəşəkkil cinayətkar dəstəsinin üzvü adlandırır... ...Hesab edirəm ki, savadı olmayan adam həmişə məntiqsiz və qərəzli danışar...
...Modern.az-a deyib ki, Asif Mərzili sifarişli yazı yazır. Əvvəla, bizdə belə yazılar dərc olunmur, o hansı yazıdan danışır, qoy açıqlama versin. İkincisi, əgər 2008, 2009-cu illərdə “Müasir Müsavat”da bizə qarşı böhtanlar yağdıranda (həm də məni məhkəməyə vermişdi), ona verilən cavab və araşdırma yazıları  deyirsə, onda soruşuram: ABU-nun saxta diplomlarından şikayətçi olan valideynlərin, neçə-neçə şəhid ailələrinin şikayətini dərc etmək, Bakı Ağır CDİÜM-də ABU-nun müəllimi Bənövşə Hacıyeva və digərlərinin saxta diplom qalmaqalı ilə bağlı məhəkəmə hökmünü və ittiham aktını təqdim etmək, ABU-nun Dubay filialından, ABU-nun Moskva filialındakı kütləvi “perevodlar”dan yazmaq sifarişli yazı dərc etmək deməkdir? Bəlkə onun plagiat olan doktorluq işindən, kitablarından (“Azərbaycan”» qəzetindəki yazılardan yəqin xəbəri yoxdur), sonradan Rusiya TN tərəfindən ləğv edilən bu doktorluq işi barədə Rusiya TN-dən “ёTəzadlar”»a göndərilmiş rəsmi məktubu dərc etmək, BDU-nun kafedra müdiri, Azərbaycan MEA-nın həqiqi üzvü Mənsumə Məlikovanın E.Abdullayevin elmi rəhbəri olmaması, lakin E.Abdullayevin Rusiyanın bir institutuna təqdim etdiyi doktorluq işində onu elmi rəhbər kimi göstərməsi və M.Məlikovanın bu barədə  “Təzadlar”»a təkzib göndərməsini dərc etmək sifarişli yazı dərc etməkdirmi? Biz 2008-ci ildə E.Abdullayevin indiyədək edə bilmədiyi bir işi gördük. DİN-ə, MTN-ə və Baş Prokurorluğa M.Abdullayevin itkin düşməsi ilə bağlı rəsmi sorğu göndərdik. Və hər üç qurumdan rəsmi cavablar aldıq. Həmin cavabları dərc etmək niyə sifarişli yazı dərc etmək deməkdir? Bəs onda o, M.Abdullayevlə bağlı nəyin davasını çəkir, nə istəyir?”.

Asuf Mərzili bildirib ki,  2009-cu ilin martında o, E.Abdullayevin məlum ittihamlarına görə onun qaynatası, ABU-nun birinci prorektoru Hüseyn Əhmədovu və ABU-nun bir neçə müəllimini xüsusi ittiham qaydasında məhkəməyə verib, şikayət Yasamal rayon Məhkəməsində icraata qəbul edilib.

“O, ərizəmi geri götürmək üçün mənimlə görüşmək istədi. Görüşdük və o vaxt yanımızda olan onun dostlarının yanında bacısı oğlu Azad Mürsəliyevi üstünə tapança çəkməyə görə Yasamal rayon Məhkəməsinin hökmü ilə həbs etdirdiyini mənə fəxrlə bildirmişdi. Həmin bacısı oğlu Bayılda 2009-cu ilin aprelin 7-də mənimlə qonşu kamerada yatırdı və mən aprelin 9-da azad ediləndən bir neçə gün sonra artıq Prezidentin diqqtində olan Yasamal rayon Məhkəməsi onun da işinə yenidən baxdı və azad etdilər… Bu barədə məlumat dərc etmək sifarişli yazı yazmaqdır? Yaxşı, E.Abdullayev onda desin görək, sifarişsiz yazı yazmaq nədir?”.

Baş redaktor deyib ki, “E.Abdullayev yaxşı olar ki, onu əliçıraqlı axtaran minlərlə valideynin və saxta diplomları əlində qalmış gənclərin pullarını nə vaxt qaytaracağının vaxtını desin”…


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır