Modern.az

Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışı oldu

Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışı oldu

Təhsil

12 Noyabr 2012, 14:10

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik
Nazirliyinin hərbi hospitalının açılışında iştirak edib.
Modern.az Prezidentin rəsmi saytına istinadən bildirir ki, milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsinin açılışı olub, sonar hospitalın rəmzi açılışını bildirən lent kəsilib.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycan Prezidentinə məlumat verib ki, yeni tikilmiş hərbi hospitalda quraşdırılan avadanlıq tibbin ən son nailiyyətlərinə əsaslanır.  Tibb ocağında yaradılan müasir şərait bütün növ ağır cərrahi əməliyyatları aparmağa, müayinə və müalicə işlərini ən yüksək səviyyədə həyata keçirməyə imkan verir.
Qeyd edilib ki, 150 çarpayılıq hospitalda poliklinika, klinik laboratoriya, əməliyyat, reanimasiya və intensiv terapiya bloku, anqioqrafiya, radiologiya, endoskopiya şöbələri yaradılıb. Burada respublikada ilk dəfə olaraq tibbi oksigen istehsal edən generatorlar qurulıb. Bununla yanaşı, binada pnevmatik poçt və tibbi tullantıların zərərsizləşdirilməsi və utilləşdirilməsi avadanlıqları quraşdırılıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, hospital binasının ümumi sahəsi 34 min 500 kvadratmetrdir. İki yeraltı, yeddi yerüstü mərtəbədən ibarət binanın damında ölkəmizdə ilk dəfə olaraq beynəlxalq tələblərə cavab verən helikopter meydançası inşa edilib. Tibb ocağında yeraltı avtomobil parkı da yaradılıb.
Prezident İlham Əliyev hərbi hospitalın konfrans salonuna da baxıb. Dövlət başçısına məlumat verilib ki, burada yaradılan şərait ürək cərrahiyyəsi, travmatologiya və ortopediya, ümumi cərrahlıq, urologiya, LOR və digər sahələrdə əməliyyatların səhiyyənin ən son nailiyyətləri əsasında aparılmasına imkan verəcək. Reanimasiya və intensiv terapiya şöbələrindəki şərait də müalicəvi tədbirlərin tam və keyfiyyətlə aparılmasına xidmət edəcək. Tibb ocağındakı palataların 48-i iki çarpayılıq, 17-si bir çarpayılıqdır.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır