Modern.az

Deputat: “Mən o qədər də qadağalara baxan insan deyiləm”

Deputat: “Mən o qədər də qadağalara baxan insan deyiləm”

Parlament

12 Noyabr 2012, 14:35

“Mən hazırda Zaqatalada yaşayıram. Bu yer mənim yaşayış yerimdir. Milli Məclisin deputatıyam. Mənə kim qadağa qoya bilər ki!?”.
Bunu Modern.az-a açıqlamasında Zaqataladan seçilən deputat Hikmət Atayev mətbuatda onun haqqında gedən yazıya münasibət bildirərkən deyib. “İndiyə kimi bu barədə mənə heç bir irad deyilməyib. Mən o qədər də qadağalara baxan insan deyiləm. Vaxtı-vaxtında gedib kəndlərə baxıram, camaatla görüşürəm, eyni zamanda burada həkim işləyirəm. Belə bir məsələ ümumiyyətlə, olmayıb”.

Deputat eyni zamanda hazırda rayonda gedən tikinti işləri barəsində də məlumat  verib: “Görülən işlərin həcmi olduqca böyükdür. Tikilib hazır olan evlər, məktəblər var. Amma tam tikilib qurtaranlar azdır“.

Xatırladaq ki, “Yeni Musavat” qəzetinin 12 noyabr 2012-ci il tarixli buraxılışında “Fövqəladənazir”dən iki deputata qadağa” başlıqlı məqalə dərc olunub. Həmin məqalədə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Zaqataladan seçilən millət vəkilləri Hikmət Atayevin və Kamilə Əliyevanın rayona buraxılmaması barədə qadağa qoyulduğu qeyd olunur. 

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır