Modern.az

Makedoniyalı İsgəndərin xəzinəsi tapılıb

Makedoniyalı İsgəndərin xəzinəsi tapılıb

Aktual

12 Noyabr 2012, 15:19

Bolqarıstanda Makedoniyalı İsgəndərə məxsus qızıl küplər tapılıb. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Bolqarıstanın paytaxtı Sofiya şəhərində aparılan tarixi araşdırmalar nəticəsində bir məzarlıqdan Makedoniyalı İsgəndərə və atası İkinci Filipə məxsus xeyli sayda qızıl-zinət əşyaları aşkar edilib. Arxeoloqlar bildiriblər ki, araşdırmalaq bundan sonra da intensiv şəkildə davam etdiriləcək. İsgəndərin hələ də tapılmayan küllü miqdarda sərvətinin olduğu zənn edilir.

Qeyd edək ki, məzarlarda aparılan qazıntılarda 1 qızıl tac, 44 ədəd qadın fiquru və 100-ə yaxın isə qızıl düymə də tapılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı