Modern.az

Deputat haqqında yayılanlara cavab verdi: "Bizneslə qardaşlarım məşğul olur"

Deputat haqqında yayılanlara cavab verdi: "Bizneslə qardaşlarım məşğul olur"

12 Noyabr 2012, 15:37

Deputat Rafael Cəbrayılov özü haqqında yayılan məlumatlara cavab verib. Modern.az-açıqlamasında Milli Məclisin deputatı bildirib ki, tikinti biznesi ilə məşğul olan qardaşları ilə “Bank Nikoil” arasındakı mübahisə mülki məsələdir:

«Tikinti biznesi ilə məşğul olan qardaşlarımla bank arasındakı mülki mübahisənin mənə heç bir aidiyayatı yoxdur. Mən bizneslə məşğul olmuram. Biznesin bu sahəsi ilə iki qardaşım Rauf və Elşən Cəbrayılovlar məşğuldurlar. Düşünürəm ki, belə hallardan şou yaratmağa dəyməz».

Qeyd edək ki, yayılan məlumatda bildirilir ki, deputat və qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov, eləcə də digər qohumu Akif Amanəliyevin məhkəməyə verilməsi kredit müqaviləsi ilə bağlı olub. Onları məhkəməyə “Bank Nikoil” verib. İddiada kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsi tələb olunub.
APA-nın məlumatına görə, “Bank Nikoil” iddia ərizəsində borcun ümumi məbləğini 879 618 min manat (1,1 milyon ABŞ dolları) göstərib. Binəqədi Rayon Məhkəməsi iddianı qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi aktı qismən ləğv edib və yeni qətnamə qəbul edib. İşə Ali Məhkəmədə baxılacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?