Modern.az

10 deputat məhkəməyə müraciət etdi

10 deputat məhkəməyə müraciət etdi

12 Noyabr 2012, 16:02

Həbsdə olan Nigar Yaqublunun sabah keçiriləcək məhkəmə prosesi ilə bağlı mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Nigar Yaqublunun hüquqlarını ictimai müdafiə komitəsinin sədri, yazıçı Mehriban Vəzir məsələnin mahiyyətinin cəmiyyətə çatdırıldığını deyib. Onun sözlərinə görə, media bu problemi daim diqqətində saxlayır.

“Hamıya məlumdur ki, bu Nigar Yaqubluya qarşı olan ayrıseçkilikdir. Azərbaycanda 1993-cü ildən buraya heç bir xanıma belə bir cəza tətbiq edilməyib. Bizi daha çox narahat edən məsələ budur”.

Daha sonra çıxış edən vəkil Elton Quliyev bildirib ki, indiyə qədər ölkədə belə bir cəza tətbiq edilməyib. Vəkil bildirib ki, o zaman yol-nəqliyyat hadisələrinə qarşı münasibət belə deyildi. E.Quliyev istintaqın tam aparılmadığını bildirib: “İtintaq ciddi qüsurlarla aparılıb. Orada qoyulan sənədlərin bir çoxu öz təsdiqini tapmır”-deyə vəkil bildirirb.

Vəkil Adil İsmayılov bildirib ki, hamıya məlum olduğu kimi bu məsələ ortaya çıxanda Nigar Yaqublunu müdafiə edən vəkillərin sayı 9 nəfər idi. “Sonda qərara alındı ki, sabahkı məhkəmədə Elton Quliyev və mən iştirak edim”.

“Bildiyiniz kimi vəkil Elton Quliyev avto-nəqliyyat qəzaları ilə bağlı iki mütəxəssisdən biridir. Bu baxımdan ikimiz bu məsələ vəkil kimi iştirak edəcəyik. Cinayət işi ilə tam tanış olmuşuq. Bu kimi işlərdə həbs-qəti imkan tədbirinin həyata keçirilməsi yolverilməzdir. Hadisə istintaq tərəfdən sona qədər araşdırılmayıb. Orada baş verən hadisənin səbəbkarı əsas yola daxil olan 3-cü maşın olub. İstintaq zamanı bu araşdırılmayıb və o maşının sahibi bu günə qədər məlum deyil”.

Daha sonra vəkil A. İsmayılov N. Yaqublunun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün Milli Məclisin 10 üzvünün məhkəməyə müraciət etdiklərini deyib:

“Artıq Sabir Rüstəmxanlı, İqbal Ağazadə, İlyas İsmayılov, Fəzail İbrahimli, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Əli Məsimli və Vahid Əhmədovun imzaladığı müraciət Abşeron Rayon Məhkəməsinə göndərilib. Daha 10 nəfərdə buraya əlavə oluna bilərdi. Amma buda bəs edər “-eyə vəkil vurğulayıb.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir