Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası daha 8 layihəni müsabiqədən kənarlaşdırdı

QHT-lərə Dövlət Dəstəyi Şurası daha 8 layihəni müsabiqədən kənarlaşdırdı

16 Fevral 2010, 13:45

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim olunan layihələrin seleksiyasını davam etdirir. Şuranın icraçı katibi Fərasət Qurbanov Modern.az-a bildirib ki, müsabiqəyə təqdim olunan layihələrdən daha 8-nin şərtlərə cavab vermədiyi dəqiqləşib.

Fərasət Qurbanov deyib ki. müsabiqəyə 489 layihə təqdim olunmuşdu. Ötən həftə layihələrdən 75-i şərtlərə cavab vermədiyindən müsabiqədən kənarlaşdırılmışdı.  “Daha 8-nin şərtlərə cavab vermədiyi dəqiqləşib və ona görə də onlar da ilkin seleksiyadan keçməyib. Layihələri keçməyən təşkilatlara məktublar göndərilir. İlkin seleksiyaların nəticələrindən sonra işlər davam etdirilir. Layihələrin bəzilərində sənəd çatışmamazlığı var. Əksəriyyət layihələr isə müsabiqə şərtlərində göstərilən maliyyə yardımından bir neçə dəfə çoxdur. Məsələn, müsabiqənin şərtində 8-10 min məbləğ göstərildiyi halda təşkilatlar bu məbləği qaldırıb 15 min manat göstərib. Eyni zamanda təhsil, sosial, iqtisadiyyat və s. sahələrlə bağlı təqdim olunan layihələrdə də maliyyə yardımı 10 min olduğu halda, 15 min göstərilib. Həmin təşkilatlar seleksiyadan keçməyib. Ümumilikdə bu günə kimi 83 layihə kənarlaşdırılıb”.

F.Qurbanovun sözlərinə görə ekspertlər bu həftənin sonuna qədər layihələri qiymətləndirib başa çatdıracaqlar.  İcraçı katib deyib ki, müsabiqənin əvvəlcədən müəyyənləşdirilən şərtləri var ki, bununla bağlı heç bir QHT-yə güzəştə getmək mümkün deyil. Maliyyə müsabiqəsinin nəticələri martın 10-dan sonra elan ediləcək.

Günay MUSAYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir