Modern.az

Nəqliyyat Nazirliyi: “Bakıda 8 avtobus marşrutu ləğv edilib”

Nəqliyyat Nazirliyi: “Bakıda 8 avtobus marşrutu ləğv edilib”

12 Noyabr 2012, 16:06

“Son günlərdə Bakı şəhərində 8 avtobus marşrutu ləğv edilib”. Bunu Modern.az saytına açıqlamasında Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov deyib.

Nazirlik rəsmisi bildirib ki, bu prosesə ayın əvvəlində başlanılıb və noyabrın sonuna kimi davam edəcək.
“Kiçik tutumlu avtobusları iri tutumlu avtobuslarla əvəz edirik. Bu ilin sonuna qədər paytaxt Bakıda ictimai nəqliyyatda fəaliyyət göstərən daha bir neçə avtobus marşrutu da ləğv ediləcək. Belə ki, ləğv olunan marşrutlar əsasən bir-birilərini təkrar edən marşrutlar olacaq. Bu barədə daha ətraflı məlumat isə ayın sonunda veriləcək”, –deyə nazirlik rəsmisi vurğulayıb.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi