Modern.az

Siyavuş Novruzov: “Tədbirimiz yüksək səviyyədə baş tutacaq”

Siyavuş Novruzov: “Tədbirimiz yüksək səviyyədə baş tutacaq”

12 Noyabr 2012, 17:46

“Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Bakıda keçiriləcək 7-ci Baş Assambleyasına demək olarki, tan hazırıq”. Modern.az-ın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili hakim partiyanın saytına verdiyi açıqlamasında bildirib.

S.Novruzov bildirib ki, artıq tədbirdə iştirakla bağlı ayrı-ayrı ölkələrin siyasi partiyalar tərəfindən məktublar daxil olub. Həmin partiyalar İCAPP-ın 7-ci Baş Assambleyasında iştiraklarını təsdiq edirlər. Onun sözlərinə görə, bu nüfuzlu tədbirdə 50-dən çox ölkədən 400-ə yaxın nümayəndə iştirak edəcək.

 «Noyabrın 20-dən etibarən qonaqlar ölkəmizə gəlməyə başlayacaqlar. Onların qarşılanması və digər məsələlər də həllini tapıb. Demək olar ki, həmin tədbirin keçirilməsinə tam şəkildə hazırıq. Ümumiyyətlə, ayrı-ayrı ölkələrdə də İCAPP-ın tədbirləri olub. Amma hesab edirəm ki, ölkəmizdə keçirilən tədbir isə ən yüksək səviyyədə baş tutacaq. Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər daim yüksək səviyyədə olub», - deyə deputat vurğulayıb.

Anar

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər