Modern.az

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

12 Noyabr 2012, 18:31

Modern.az xəbər verir ki, Binəqədi  Rayon İcra Hakimiyyəti və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə fərdi jurnalist yazıları müsabiqəsi elan edilib. Müsabiqənin məqsədi Binəqədi rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

“Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“ adlı müsabiqəyə  yazıların qəbulu 14 noyabr 2012-ci il tarixindən başlayır, 14 dekabr 2012-ci il tarixində başa çatır.                      
Müsabiqədə qaliblər üçün aşağıdakı mükafatlar ayrılıb:

I yer - 1 000 AZN (1 nəfər  -  1.000 AZN)
II yer - 800 AZN  (2 nəfər  -  1.600 AZN)
III yer - 600 AZN (3 nəfər  -  1.800 AZN)
Həvəsləndirici mükafat  - 200  AZN (10 yazı müəllifinə həvəsləndirici mükafat veriləcək)

Q
aliblər, həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti və Prezident yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır