Modern.az

Deputat Etibar Hüseynovun Qorbaçovla bağlı müraciəti niyə cavabsız qaldı?

Deputat Etibar Hüseynovun Qorbaçovla bağlı müraciəti niyə cavabsız qaldı?

13 Noyabr 2012, 10:55

Ötən gün bir sira xəbər portalları Rusiyanın lenta.ru saytında dərc olunmuş "Azərbaycanın müraciətindən sonra Nobel mükafatı Qorbaçovdan geri alınacaq" başlıqlı yazıya istinad ediblər. Xəbərdə azərbaycanlı deputat Etibar Hüseynovun Mixail Qorbaçovun Nobel mükafatından məhrum edilməsi ilə bağlı etdiyi müraciətin Norvec və İsvec kralları, Norvec parlamenti və Nobel mükafatı komitəsi tərəfindən araşdırılacağı və bununla bağlı müvafiq addım atılacağı bildirilib.
Deputat Etibar Hüsynov məsələ ilə bağlı Modern.az saytına aşağıdakıları deyib: “Müraciəti bu ilin mart ayında ünvanlamışdım. Həmin ərəfədə bir sira önəmli aksiyalar, xarici səfirlərlə görüşlər də kecirmişdik. Bir necə dildə Mixail Qorbaçovun cinayətlərindən bəhs edən film hazırlayıb internetdə geniş şəkildə yayımladıq. Bu aksiya ilə bağlı Vilnüs, Astana və Bişkekdə bir sira qeyri-hökumət təşkilatları və  deputatlarla görüşlər keçirdik. Hətta aprel ayının 9-da Tiflisin mərkəzində Gürcüstan Gənclər Parlamenti, Gənclərin Regional İnkişaf Təşkilatı və Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşkilatçılığı ilə möhtəşəm mitinq də kecirmişdik.
Bu aksiyalar böyük rezonans doğurdu. Dünyanın ən nüfuzlu mediasında işıqlandırıldı.Amma üstündən xeyli vaxt kecsə də, müraciətə cavab verilmədi və düzünü desəm, bu məsələdə bir qədər bədbinliyə qapılmışdım. Çünki ölkəmizə və xalqımıza qarşı yürüdülən ikili standartlar heç kəs ücün yenilik deyil. Amma görünür məsələ heç də gündəlikdən çıxarılmayıb. Ona görə də ədalətin qalib gələcəyinə və cəllad Qorbaçovun Nobel mükafatından məhrum edilməsinə nail olacağımıza inanıram.Hələki hansısa rəsmi cavab almamışam. Yəqin ki, yaxin vaxtlarda müraciətimə cavab veriləcək. Yanvar ayından etibarən biz bu məsələni yenidən dünya mətbuatının göndəminə gətirəcəyik”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu