Modern.az

Məhərrəm ayının fətvası verildi

Məhərrəm ayının fətvası verildi

13 Noyabr 2012, 11:32


Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası (QMİ) Məhərrəm ayı ilə əlaqədar fətva verib. Modern.az-ın məlumatına görə, QMİ-nin fətvasında bildirlib ki, Məhərrəm ayı miladi təqvimlə noyabrın 16-da başlayır. Aşura günü isə noyabrın 25-nə təsadüf edir.

Fətvada qeyd olunub ki, Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbala şəhidlərinin ruhuna xütbələr oxunmalıdır. Habelə Vətən uğrunda şəhid olanların ruhu yad edilməlidir.

QMİ bəyan edib ki, Aşura günü zəncir vurub bədənə xəsarət yetirmək yolverilməzdir, müqəddəs məkanlarda nizam-intizam pozulmamalıdır. Son illər təziyə günündə QMİ-nin təşəbbüsü ilə keçirilən qanvermə aksiyaları ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır.

"Ümidvarıq ki, dindarlarımız İmam Hüseynə təziyədarlıq zamanı humanist əməllərini davam etdirərək, İslamın şəhidlik fəlsəfəsinin mahiyyətini daha dərindən dərk etməyə nail olacaqlar. Din xadimlərinin moizələrində tarixi həqiqətlər öz əksini tapmalıdır. Din xadimləri xalqımızın dini-etiqad azadlığına, milli-mənəvi, dini dəyərlərinə ehtiram və qayğı nümayiş etdirən dövlət rəhbərinin səylərini dahar artıq dəyərləndirməlidir", - deyə fətvada bildirilir.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?