Modern.az

Artur Rasizadə Milli Məclisə hesabat verməyə gəlib

Artur Rasizadə Milli Məclisə hesabat verməyə gəlib

13 Noyabr 2012, 12:13


Azərbaycanın 2013-cü il üzrə dövlət büdcəsinə daxil olan sənədlər zərfi Milli Məclisin noyabrın 13-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Büdcə zərfinə daxil olan qanun layihələri bir müddət öncə deputatlara paylanıb və millət vəkilləri demək olarki, onunla tanışdırlar.
Parlament büdcə müzakirələrini üç gün aparacaq. 13, 14, 15 noyabr tarixlərində keçiriləcək müzakirələr zamanı deputatlar büdcə zərfinə daxil olan sənədlərə münasibət bildirəcək. Müvafiq təkliflərlə çıxış edəcəklər. Gündəliyə daxil olan məsələlər aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında"  Azərbaycan Respublikası qanununun layihəsi barədə;
2. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə;
3. "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə;
4. Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə;
5. Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetasi haqqında;
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında. 

Qeyd edək ki, Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsinin ilkin layihəsində gəlirlər 19 154 mln. manat, xərclər 19 810 mln. manat, kəsir isə 656 mln. manat səviyyəsində nəzərdə tutulub.

***

Artıq büdcə müzakirələr başlayıb. İclasda Baş nazir Artur Rasizadə, nazirlər iştirak edirlər...

Modern.az   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir