Modern.az

Ermənilər Azərbaycan vətəndaşını girov götürüb

Ermənilər Azərbaycan vətəndaşını girov götürüb

13 Noyabr 2012, 12:00

Modern.az saytı xəbər verir ki, Ermənistan tərəfi Azərbaycan vətəndaşının girov  düşdüyü barədə məlumat yayıb. “Armenia today”ın məlumatına görə, Azərbaycanın Qazax rayonunun Məzəm kənd sakini Telman Cavanşir oğlu Əliyev təsadüfən azaraq cəbhə xəttinin Ermənistan tərəfinə keçib. Burada o, erməni əsgərləri tərəfindən saxlanılıb.
Modern.az-ın məlumatına görə, erməni KİV-i bildirir ki, 1971-ci il təvəllüdli Telman Əliyev noyabrın 12-də 07:45 radələrində təmas xəttini keçməyə çalışarkən saxlanılıb.
Hadisə ilə bağlı beynəlxalq təşkilatın Ermənistandakı nümayəndəliyinə məlumat verildiyi bildirilir.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Qazax rayon sakini Telman Əliyevin Ermənistan hərbçiləri tərəfindən girov götürülməsi faktını təsdiqləyib. 

 Komissiyanın katibi Şahin Sailov APA-ya açıqlamasında bildirib ki, T. Əliyevin geri qaytarılması istiqamətində müvafiq işlər görülür. Bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət edilib.

Anar Rüstəmov
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar